Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

“Donuz qripi”ndən sonra sürətlə yayılan yeni virus

Yanvar 28
18:50 2016

Qüsurlu doğumlara səbəb olan Zika virusu Latın Amerikası və ABŞ-dan sonra Avropaya da keçib.

“Sələf Xəbər” Milli.az-a istinadən xəbər verir ki, Danimarkada artıq bir xəstədə virus aşkarlanıb. Həmin şəxsin isə virusun aşkarlandığı Cənubi və Şimali Amerikaya səyahət etdiyi məlum olub. Bundan başqa, İngiltərədə 3 nəfər, İsveçrədə isə 2 nəfərdə virus aşkar edilib.

Zika virusu nədir?

Ağcaqanadlar yolu ilə keçən Zika virusu yeni doğulan uşaqlarda beyin zədələnməsinə səbəb olur. Beləliklə, virus ağcaqanad vasitəsilə xəstə insandan sağlam insana keçir.

İlkin əlamətləri

Qrip şəklində özünü biruzə verən xəstəlik halsızlıq, qusma, qızdırma, dəridə, gözdə qızartıya səbəb olur.
Hamilə qadınlar Zika virusuna yoluxduğu təqdirdə şikəst uşaqların doğulmasına yol aça bilər. Uşaqlarda beyin deformasiyasına səbəb olan virus Braziliyada 4 min uşağın anormal başla doğulmasına gətirib çıxarıb. Mikrosefaliya, yəni baş çevrəsinin anormal kiçikliyi isə müayinə ilə düzəlmir.

Virusun müalicəsi

Zika virusunu araşdıran amerikalı alimlər ona qarşı peyvəndin ancaq 10 il sonra tapılacağını bildiriblər.

Dünya Səhiyyə Təşkilatının regional bölməsi olan Pan Amerika Səhiyyə Təşkilatı xəstəliyin 22 ölkədə, xüsusən də Cənubi Amerikada yayıldığını bəyan edib.

ABŞ Prezidenti Barak Obama virusun yayılması ilə əlaqədar Amerika xalqının sağlamlığını təmin etmək üçün təcili toplantı keçirib.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir yerdə vəba olduğunu eşitdiyiniz zaman o yerə, xəstəliyin yanına getməyin. Olduğunuz yerdə vəba aşkar edildikdə də vəbadan qaçaraq o yerdən çıxmayın”. (Bu hədisi Müslim, Əbu Davud, Tirmizi, Nəsəi, İbn Macə və Əhməd öz kitablarında vermişlər.)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 315 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 130 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 511 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 156 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 823 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 158 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 012 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 594 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 062 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 572 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN