Dünya əhalisinin sayının azaldılmasına hədəflənmiş qida
1. 288 dəfə baxılıb
Amerikalı alimlər təsdiqləyiblər ki, qızardılmış kartof insanların sağlamlığını sıradan çıxarmaq üçün yaxşı vasitə, daha doğrusu, strateji qidadır.
“Sələf Xəbər” Sputnik-ə istinadən bildirir ki, Amerikanın Dondurulmuş Qidalar İnstitutunun (The American Frozen Food Institute (AFFI)) mütəxəssislərinin qeydinə görə, qızardılmış kartof dünya əhalisinin sayının azaldılmasında müstəsna rol oynayan qidalardan biridir.
“Eyni zamanda bu qida insanların psixologiyasında elə möhkəm yer tutub ki, artıq insanlar onun zərərləri barədə eşitmək belə istəmirlər”, – deyə institutun əməkdaşı Braynn Horn (Brynn Horne) bildirib.
“Daha əvvəllər insanlar bu qidanı dadlı olduğu üçün kəşf etmişdilər və onun ziyanlarından xəbərsiz idilər. Amma sonra, dünya əhalisinin artımının qarşısını almaq üçün dünyanın beyin mərkəzlərində müxtəlif üsullar düşünüldü. Bu üsullardan biri də bu prosesi qidaların “köməyi” ilə etmək idi. Mövcud və əhali arasında populyar olan qidaların xarakteri öyrənildi və yeni növ ziyanlı qidaların istehsalı planlaşdırıldı. Və qızardılmış formada istifadə edilən kartof da beyin mərkəzlərinin məkrli planları üçün vazkeçilməz vasitə idi. Həm ucuz, həm dadlı, həm də populyar. “Fast food” restoranlar şəbəkəsi isə bu qidanı öz menyularının şahı elan etdi. Dondurulmuş, paketlənmiş, istifadəsi rahat olan və dadlandırılmış kartof çeşidləri (frozen potatoes, frozen chips və s.) xüsusilə uşaq və gənclərin sevimlisinə çevrildi”, – amerikalı mütəxəssis əlavə edib.
Həkimlərin əksəriyyəti də ən ziyanlı qidaların siyahısına fikirləşmədən qızardılmış kartofu daxil edirlər.
Bunun bir neçə səbəbi var. Əslində kartof faydalı və hətta müalicəvi tərəvəzdir. Lakin qızardılma zamanı onun faydalı xüsusiyyətləri itir, ziyanı isə kosmik sürətlə artır.
– Qızardılmış kartofun qlisemik indeksi çox yüksəkdir. Bu indeks, təxminən 95 təşkil edir (100 – ən yüksək indeksdir). Belə qidaların qəbulu qanda şəkərin sürətlə qalxmasına və sürətlə də düşməsinə səbəb olur. Şəkər qanda sürətlə düşəndə insan güclü aclıq hiss edir və onun iştahası artır.
Yüksək qlisemik indeksi olan qidalar piylənməyə səbəb olur.
– Qızardılma zamanı yağdan istifadə olunur. Yağın yanması nəticəsində “polifenol” maddələri ifraz olunur. Bu maddələr istənilən yağın (bitki yağı, kərə yağı, piy) yanması zamanı əmələ gəlir. Polifenol güclü kanserogen (xərçəng əmələ gətirən) təsirə malikdir.
– Digər qızardılmış qidalar kimi, qızardılmış kartof həzm sisteminə çox mənfi təsir edir – həzm prosesləri çətinləşdirir, mədənin selikli qişasını qıcıqlandırır və s. Məhz bu səbəbdən məd-bağırsaq sistemi pozulmaları olan insanlar üçün qızardılmış qidaların qəbulu əks-göstərişdir. Lakin tam sağlam insanlara da belə qidalar yalnız ziyan vura bilər.
– Bütün qızardılmış qidalar susuzluğun artmasına səbəb olur. Belə qidalardan sonra insan çoxlu miqdarda su içir. Bu, xüsusilə axşam saatlarında yolverilməzdir ki, bunun nəticəsində insanın böyrəkləri həddən artıq yüklənir. Bu isə öz növbəsində arterial təzyiqin qalxmasına, ödemlərə səbəb ola bilər.
Beləliklə, hamının sevimlisi olan qızardılmış kartof əslində çox ziyanlı qidadır. Nəzərinizə çatdıraq ki, “Fast-food” kafelərdə və restoranlarda (McDonalds, KFC və s.) yediyimiz və ya evdə bişirdiyimiz qızardılmış kartof orqanizm üçün eyni dərəcədə ziyanlıdır.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.