Dünyanın ilk kəllə və baş dərisi nəqli uğurla həyata keçirilib
İyun 05
16:31
2015
958 dəfə baxılıb
Anderson Xərçəng Mərkəzi və Hyuston Mezodist Xəstəxanasının həkimləri etdiyi açıqlamada bildiriblər ki, tibb tarixində ilk dəfə ABŞ-da keçirilən 15 saat davam edən əməliyyatla donordan alınan kəllə və baş dərisi başqa bir xəstəyə nəql edilib.
“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən məlumat veriri ki, həkimlər, xərçəng xəstəliyi müalicəsi səbəbindən başında bağlanmayan böyük bir yara olan 55 yaşlı Cim Boysen adlı xəstəyə mayın 22-də kəllə və baş dərisi nəqlini böyük uğurla həyata keçiriblər.
Proqram mütəxəssisi Cim Boysen, keçirdiyi əməliyyatdan sonra verdiyi müsahibədə, “Həqiqətən çox qəribə bir vəziyyətdəyəm və 21 yaşımdakı halımdan daha çox saça sahibəm”- deyib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)