Ebolaya bənzər Dağ qripi gəlir! – Bu nə oyundur?!
853 dəfə baxılıb
Qərb mediası bu qış Afrikada Dağ qripi kimi tanınan virusun yayılacağına dair xəbərlər yaymağa başlayıb.
“Sələf Xəbər”in Atv.az-a istinadən məlumatına görə, xəbərlərdə qeyd olunur ki, qışın sərt keçməsi nəticəsində Afrikanın cənub hissələrində 1997-ci ildə 100-lərlə can almış Dağ və ya qar qripi adı ilə yadda qalan virusun yenidən baş qaldıracağı, bu dəfə daha çox ölümə səbəb olacağı bildirilir. Maraqlıdır ki, ingilis mediası Nyu Hempşirdən gətiriləcək vaksinlərin dərhal yerli əhaliyə tətbiq olunmasını vacib sayır. Üstəlik dünyanın digər bir nöqtəsində – Tayvanda da ağırlaşma ilə müşahidə olunan qripin yayıldığı xəbər verilir.
Maraqlısı budur ki, Dağ və ya qar qripi xəstəliyi də Ebola kimi, qusma və ishalla müşahidə edilir. Əslində Ebola da Qar qripi də qusma və ishal səbəbindən Vəba xəstəliyinə daha yaxındır. Amma görünür bu xəstəliklərə qrip adı verməklə diqqəti əsas hədəfdən yayındırmaq niyyəti var.
İstər-istəməz ortaya suallar çıxır – Laboratoriyalarda ustalıqla hibridləşdirilmiş virus, yoxsa doğrudan da müasir tibbin aciz qaldığı xəstəlik? Bəs niyə məhz hər il bu cür xəstəliklər müəyyən ərazilərdə, Afrika, Çin, Mərkəzi Asiya kimi ölkələrdə yayılır?
Böyük Britaniya təhlükəsizlik orqanlarının keçmiş əməkdaşı Con Koleman özünün “Üçyüzlər komitəsi” kitabında bu suallara belə cavab tapıb. SİTAT. “Bütün dünyanın təbii ehtiyatları gələcəkdə yalnız 2-3 milyard insanı həyatda saxlamaq iqtidarına malikdir. Dünyanı idarə edənlər bunu yaxşı bilir. Bu 2-3 milyard insan Şimali Amerika, Qərbi Avropa və Yaponiyanın əhalisi olmalıdır. Yer üzünü idarə edənlərin gizli planı budur. Dünyanın digər bölgələrinin əhalisinin müharibə, xaos, pandemiyalar vasitəsilə azaldılması nəzərdə tutulub”. SİTATIN SONU. Məslənin təhlükəsizlik orqanlarının keçmiş əməkdaşının dili ilə çatdırılması da maraq doğurur. Üstəlik Afrika ölkələrinin əksəriyyəti siyasi cəhətdən o qədər də güclü maraqlara sahib olmadığındam onların payına adətən pandemiyalar düşür.
Artıq planın icrasına da start verilib. Belə ki, Böyük Britaniyada 9 nəfərin qripdən dünyasını dəyişdiyinə dair xəbər yayılıb. Həm də Tayvanda peyda olan virusdan. Tayvandan Londona uçan ingilis sərnişinlərdən biri TƏSADÜFƏN xəstəliyə yoluxub və onu özü ilə vətənə gətirib. Adi dərmanlar bu xəstəliyin qarşısını almaqda acizdir. Britaniya səhiyyəsi təlaş içərisindədir. Ola bilər ki, plan miqrantların qarşısını almaq üçün düşünülüb. Amma vaksinin məhz İngiltərədə hazırlanmasına dair ilkin məlumat da çox mətləblərdən xəbər verir.
Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir”. (Qurani-Kərim, “Həcc” surəsi, 38-ci ayə)
“Bu ayə iman gətirənlər üçün hekayət, vəd və müjdədən ibarətdir. Allah onları hər pislikdən və xoşagəlməz şeylərdən qorumağı vəd etmişdir. Onlar öz imanları sayəsində, kafirlərin törədə biləcəyi şərdən, şeytanların şərindən və vəsvəsəsindən və həmçinin öz nəfslərinin və cinayətlərinin şərindən mühafizə olunurlar. Onların qismətinə öhdəsindən gələ bilməyəcəkləri çətinliklər və fəlakətlər düşməyə başladıqda, Allah onların nəsibi olacaq əzab-əziyyəti lap azaldır. Hər bir möminə belə müdafiə və şərəf onun imanının gücündən asılı olaraq göstərilir”. (Bax: “Təfsir Əs-Saadi”)