Emal edilmiş ətdən uzaq durun – xərçəng riskini xeyli artırır
810 dəfə baxılıb
Qidada emal edilmiş ətdən istifadə bağırsaq xərçənginə tutulma təhlükəsini xeyli artırır.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri deyiblər.
Ekspertlərin fikrincə, sosiskalar və vetçina sağlamlıq üçün zərərlidir. Onlar tütün, asbest və dizel yanacağı tullantılarından daha təhlükəlidir.
Alimlər qeyd edirlər ki, bu məhsullarla onkoloji xəstəliklər arasında əlaqə var.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatında misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.