Fasiləsiz televizor izləyənlərdə ağır xəstəlik yaranır
Sentyabr 01
15:43
2015
740 dəfə baxılıb
Gününü saatlarla televizor qarşısında keçirən insanların ağciyər emboliyası xəstəliyinə tutulma riski artır.
“Sələf Xəbər” Atv.az-a istinadən məlumat verir ki, bu barədə Londonda keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konfransı zamanı təqdim olunan tədqiqatın nəticələrində deyilir.
Qeyd edək ki, ağciyər emboliyası zamanı ürəkdən ağciyərə gedən arteriya tıxanır. Bu xəstəlikdən Böyük Britaniyada hər il, təqribən 600 min insan həlak olur.
Alimlər müəyyən ediblər ki, televizor qarşısında 5 saat və daha çox vaxt keçirən insanlarda ağciyər emboliyası xəstəliyinin inkişafı 2 dəfə çox müşahidə edilir.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)