Faydalı xüsusiyyətli – Turşəng
6. 474 dəfə baxılıb
Turşəng adından səsləndiyi kimi turşməzədir. Mətbəxdə və əczaçılıqda xüsusi yeri var. Bu bitkinin 150 növü mövcuddur. Tərkibi A, C, K, E, B vitaminləri, fosfor, yod, maqnezium, dəmir, kalsium və tiaminlə zəngindir. C vitamini ilə zəngin olan turşəng immun sisteminə müsbət təsir edir. Bu isə yazda orqanizm üçün vacibdir. Həmçinin C vitamini orqanizmdə dəmirin sorulmasına yaxşı təsir edir. Buna görə də, turşəngi ətli yeməklərin yanında göyərti kimi yemək orqanizmdə dəmirin sorulmasına kömək edər. Gözləri zəif olanlar quzuqulağından (turşəng) istifadə etməsi məsləhətdir. Oynaqların müalicəsində və anemiya xəstəliyində də istifadə edilir.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, 2011-ci ildə keçirilən tədqiqatlar bitkinin virus əleyhinə olan xüsusiyyətləri haqqında danışmağa imkan verir. Bitkidən hazırlanan maskalar herpes (uçuq), psoriaz, ekzema, zob, xəsətliyiklərini aradan qaldırmağa kömək edir. Piylənmədən əziyyət çəkən xəstələr üçün əlverişlidir, çünki tərkibində yağlılıq azdır. Həmçinin qəbzliyi aradan qaldırıb, yığılan şlakları, zərərli toksinlərin təmizlənməsinə kömək edir.
İltihab prosesini və vitamin çatışmazlığını aradan qaldırmaq üçün turşəngi qaynar suda dəmləyib bir həftə qəbul etmək lazımdır. Tərkibində olan antioksidantlar orqanizmi ağır metallardan təmizləyir. Alimlər iddia edir ki, bitki xərçəng xəstəliyinə qarşı mübarizə aparmağa kömək edir. Turşəng ağrını, şişi azaldır, orqanizmi canlandırır, iştahı artırır, ürəyi möhkəmləndirir.
Turşəngin yarpaqlarının dəyəri ondadır ki, sadalanan vitamin və minerallardan əlavə, həm də zülal (1,5 q), yağ (0,3 q), karbohidratlar (2,9 q) təşkil edir. Turşəngi cəmi 2-3 dəqiqə qaynatmaq kifayət edər. Rəngi solğun (zəif) yaşıl olarsa, demək hazırdır.
Bişirib yemək istəyənlər alapört yemələri məsləhətdir. Çünki Məşhur Yapon alimi Katsudzo Nişi demişdir ki, bişmiş göyərtilər orqanizmdən əriməyən “quzuqulağı” adlı duz yaradır. Həmin bu duzu çiy halda göyərti və turşəng yeməklə əritmək olar.
Qidada istifadə edərkən alüminium və çuqun qablardan istifadə etmək olmaz. Turşəngdə olan turşuluq, metal ilə reaksiyaya başlayır, və nəticədə zəhərli maddələr bədənə ziyan vurur. Turşəngin xeyrini və ziyanını bir qayda olaraq həkimlər insan üçün ayrıca müəyyən edirlər.
Qeyd: Turşəngin çox miqdarda qəbulu orqanizmdən kalsiumun sorulmasını ləngidər və böyrəkdə daşların əmələ gəlməsinə səbəb ola bilər.
Böyrək xəstəlikləri, mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan qastrit, xora xəstəliyi, bəzi bağırsaq xəstəlikləri və iltihabları, orqanizmdə su-duz balansının pozulması, podaqra xəstəliyi zamanı turşəngi qəbul etmək olmaz. Həmçinin bu bitkini revmatizma, podaqra, və həmçinin hamilə qadınlara, böyrək xəstəliyi olan insanlara yemək məsləhət görülmür.
Sələf Xəbər: Uca Allah buyurur: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)