Faydası saymaqla bitməyən – Nar
1. 016 dəfə baxılıb
Tərkibindəki C, K və B vitaminləri, dəmir, maqnezium, fosfor, potasium və saymaqla bitməyən digər elementlərlə zəngin olan nar bir çox xəstəliyə faydalıdır.
“Sələf Xəbər” Milli.az-a istinadən narın faydalarını təqdim edir:
Ürək dostudur
Nar ürəyə qan axınını təmin edir, tıxanmış arteriyaları açır. Damar tutulmasını əngəlləyir. Qara narın suyu damar tıxanmasında müalicə üsulu kimi istifadə edilir.
Ürək sağlamlığınız üçün gündə bir stəkan təzə sıxılmış nar suyu için. Və ya gündə 1-2 stəkan nar yeyin.
Təzyiqi tənzimləyir
Yüksək təzyiq problemi olan insanlara çox faydalıdır. Tərkibindəki antioksidantlar, C vitamini və polifenollarla qan dövranını tənzimləyir, arteriyaları açır.
Gündə 1 stəkan təzə sıxılmış nar suyu içə bilər, ya da meyvə salatları hazırlaya bilərsiniz.
Sümük ağrıları və oynaq iltihabını yüngülləşdirir
Özəlliklə yaşlı qadınlarda görülən oynaq ağrıları revmatizm, osteoartit kimi xəstəliklərə yaxşı təsir edir. Antiiltihab və antioksidant xüsusiyyəti ilə oynaqlara zərər verərək ağrılara səbəb olan fermentləri əngəlləyir.
Gündə bir stəkan nar suyu için. Əgər dərman qəbul edirsinizsə, həkimlə məsləhətləşin. Hər hansı bir bitki yağı ilə nar suyunu qarışdırıb oynaqlarınıza gündə iki dəfə masaj edin.
Anemiya simptomları ilə mübarizə aparır
Dəmir çatışmazlığından yaranan anemiyası olan insanlara çox faydalıdır. Narda olan dəmir qırmızı qan hüceyrəsinin sayını artırır. Bu da qandakı hemoqlobini artıraraq sağlam qan dövranını təmin edir.
Narda bol olan C vitamini də dəmirin sorulmasını asanlaşdırır. Anemiya simptomları yaşayırsınızsa, səhər yeməyində 1 stəkan nar suyu için.
Xərçəngin qarşısının alınmasına və müalicəsinə yardım edir
Xərçəngə qarşı bədəni qoruyur. Özəlliklə prostat, döş, ağciyər və dəri xərçəngi hüceyrələri ilə mübarizə aparır. Xərçəng riskiniz varsa, gündəlik qidalanmanıza mütləq nar əlavə edin.
Hafizəni gücləndirir
Sadəcə hafizəni gücləndirmir, həm də orta yaşlı və böyük şəxslərdə beyin funksiyalarını yaxşılaşdıraraq Alzheimer (unutqanlıq) xəstəliyinin qarşısını alır.
Dərinin sağlam görünməsini təmin edir
Yaşlanmaya qarşı təsirli olan nar dərinin yumşaq, qüsursuz və daha gənc görünməsinə kömək edir. Tərkibindəki C vitamini kollagen ifrazına yardım edir, bu da dəri sallanması və qırış kimi problemlərin qarşısını alır.
Eyni zamanda dərini qidalandıraraq yenilənməsinə, yaxşılaşmasına yardımçı olur. Hər gün dərinizi nar çəyirdəyi yağı ilə masaj edin. Həm də narı meyvə olaraq yeyin, ya da suyunu müntəzəm qəbul edin.
Ağız sağlamlığına faydalıdır
Antiərp və antibakterial özəlliyi ilə ağız sağlamlığına faydalıdır. Diş ərpinə qarşı da qoruyaraq çürük, diş əti problemlərinin qarşısını alır. Ağzınızı təzə nar suyu ilə çalxalayaraq, ağız təmizliyinə nail ola bilərsiniz.
Şəkəri nəzarətdə saxlayır
Şəkər və metabolik xəstəliklərə faydalıdır. İnsulin davamlılığını artırır, şəkər ziddiyyətlərini azaldır.
Sələf Xəbər: Uca Allah buyurur: “Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Ənam” surəsi, 99-cu ayə)