Feyxoanın faydaları
2. 646 dəfə baxılıb
Əgər orqanizminizdə yod çatışmazlığı varsa, maddələr mübadiləsi pozulubsa, təzyiqinizlə bağlı problem yaşayırsınızsa, qastritdən əziyyət çəkirsinizsə, o zaman dərhal dərman qəbul etməyə tələsməyin.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, bir çox xəstəlikləri təbii yolla sağaltmaq mümkündür. Yetər ki, yemək menyunuzun tərkibinə feyxoa əlavə edəsiniz.
Feyxoa – ekzotik meyvədir. Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır. Adətən noyabr ayının ortaları və yanvar ayının sonu ən məhsuldar dövrüdür.
Feyxoa XIX əsrdən tanınıb. Həmişəyaşıl ağaclar sinfinə aiddir. Bu meyvə Braziliya təbiətşünası “Joao da Silva Feyxo” nun şərəfinə feyxoa adlandırılıb. Feyxoanın tam tərkibinin müəyyən edilməsində bu şəxsin əvəzsiz rolu olub.Yetişmiş meyvələrində orta hesabla 6,9 faizə qədər şəkər, 2,5 qədər üzvi turşular, C vitamini var.
Feyxoa yeganə meyvədir ki, orqanizmi yodla təmin etməsinə görə onu dəniz məhsulları ilə müqayisə etmək olar. Ortaya maraqlı bir sual çıxır. Bəs nə üçün yod bizim orqanizmimizə lazımdır? Cavab çox sadədir. Çünki yod insanın yaddaşını gücləndirir,eyni zamanda düşünmə qabiliyyətinin fəal inkişafına səbəb olur, habelə insanı psixi pozğunluqlardan tamamilə uzaqlaşdırır. Əgər orqanizminizdə yod yetərincədirsə, o zaman əmin olun ki, siz özünüzü gümrah, şən, əks halda siz daim özünüzü yorğun, gücdən düşmüş və sanki heç nəyə həvəsiniz olmamış kimi hiss edəcəksiniz. Yodla bərabər feyxoa özündə 93 mineral maddələri cəmləşdirir.
Feyxoanın tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, habelə təbiətin ona bəxş etdiyi alma turşusu da var. Bu da insanın simasına xüsusilə gözəllik verir. Feyxoa eyni zamanda qalxanvari vəzini, ateroskleroz, pielonefrit ( böyrək problemi) , mədə-bağırsaqda qastrit, kolit və s. kimi xəstəliklərin müalicəsində böyük əhəmiyyətə malikdir.Əgər sizin dəri ilə probleminiz varsa o zaman feyxoa yağı istifadə edə bilərsiniz. Yaxud dərinizdəki ləkələri aparmaq üçün feyxoanı şirə çəkən maşından keçirin, yaxın dərinizə. Tərkibindəki bolluca C vitamini ləkələrin təmizlənməsinə kömək edəcək.
Həmçinin soyuducunun buz dolabına töküb daim üzünüzə çəkə bilərsiniz. Nəticənin mükəmməl olacağından əmin ola bilərsiniz. Xəstəliklərdə istifadə etmək üçün 1:1 şəkərlə feyxoa götürülür, bura qabıqlı halda limon və portağal da çəkə bilərsiniz. Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək lazımdır. 10 gün qəbul edib, 10 gün istirahət etmək məsləhətdir. Feyxoa, həmçinin stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir. Həmçinin uşaqlarda boğaz ağrısına qarşı, qan artmasına, immun siteminin artmasına yardımçı olur.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)