Gözümüzü qoruyaq!
957 dəfə baxılıb
Orqanizmin ümumi sağlamlığı, həm də, düzgün və tamdəyərli qidalanmadan asılıdır.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, gözlərin sağlamlığını qorumaq üçün insan qida ilə daim bəzi vitamin və mineralları almalıdır. Bu vitaminlər və minerallar arasında:
– A vitamini
Bu vitamin gözün torlu qişasının normal fəaliyyəti üçün olduqca vacibdir. Bu vitaminin çatışmazlığı zamanı insanda “toyuq korluğu” kimi pozulma inkişaf edir.
A vitaminin mənbələri: qara ciyər, yumurtanın sarısı, kərə yağı, balıq yağı, kök, pomidor, kahı, ərik və s.
– C vitamini
Əzələlərin, o cümlədən, göz əzələlərin, tonusunu saxlayır, damarları möhkəmləndirir. Bu vitaminin çatışmazlığı gözlərin yorğunluğuna, qözlərdə qansızmalara səbəb olur.
C vitaminin mənbələri: sitrus meyvələri (portağal, qreypfrut, limon və s.), kələm, bolqar bibəri, qara qarağat, itburnu.
– B qrupu vitaminləri
Sinir toxumasının normal fəaliyyətini təmin edir, göz yorğunluğunu azaldır, gözlərdə qan dövranını və oksigenin çatdırılmasını yaxşılaşdırır.
B qrupu vitaminlərinin mənbələri: ət, qara ciyər, dənli bitkilər, maya, balıq, yumurta sarısı, qoz-fındıq, kahı və s.
– Kalium
Bu mineral orqanizmdə olduqca vacib funksiyaları yerinə yetirir – artıq mayeni xaric etməyə kömək edir. Bu isə gözlərin sağlamlığı üçün çox önəmlidir. Mayenin orqanizmdə artıqlığı təzyiqin, o cümlədən, göz təzyiqinin artmasına səbəb olur.
Kaliumin mənbələri: ərik qurusu, qoz, banan, kartof və s.
– D vitamini
Bu vitamin göz əzələlərin normal fəaliyyəti üçün çox vacibdir. D vitaminin çatışmazlığı zamanı gözlər tez yorulur, axşama yaxın görmə pisləşir.
D vitamini mənbələri: balıq yağı, balıq, süd və s.
– Kalsium
Bu mineral göz almasının xarici qişasını möhkəmləndirir. Kalsiumun çatışmazlığı gözlərin pisləşməsinə səbəb olur. Xüsusilə bu özünü yeniyetməlik dövründə büruzə verir.
Kalsiumun mənbələri: süd məhsulları (kəsmik, pendir, xama, qaymaq və s.).
– Maqnezium
Gözdə əzələlərin və damarların normal fəaliyyətini təmin edir. Maqnezium çatışmazlığı göz təzyiqinin artmasına səbəb olur.
Maqneziumun mənbələri: buğda kəpəyi, badam, qoz, noxud, kələm, dənli bitkilər.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)
“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk etsin. Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)