Hansı yağ daha faydalıdır?
1. 151 dəfə baxılıb
Keçmiş əsrin 80-ci illərindən bəri belə hesab olunurdu ki, bitki yağları (qarğıdalı, günəbaxan, zeytun yağı) kərə yağından daha faydalıdır.
“Sələf Xəbər” Milli.Az-a istinadən xəbər verir ki, son zamanlar bir çox alimlər bu yayılmış nöqteyi-nəzəri yanlış hesab edir.
Şimali Karolina (ABŞ) Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, rasionunda kərə yağını bitki yağları ilə əvəz edən insanlarda infarktın inkişafı riski xeyli artmış olur.
Araşdırmaların nəticələri tanınmış “Forbes” jurnalında dərc olunub.
Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik”. (Qurani-Kərim, “Nəhl” surəsi, 66-cı ayə)
“Ey insanlar! Allah ev heyvanlarını sizə tabeliyinizə verdi ki, sizə fayda versinlər və Onun kamil qüdrəti və hər şeyi əhatə edən xeyirxahlığı haqqında sizə xatırlatsınlar. O, sizə heyvanların qarnında qanla ifrazat arasında əmələ gələn süd içirdir. Südün əhatəsində olan şeylər ona qarışmır və o, onu içənlərə ləzzət bəxş edir. O, susuzluğu söndürür və olduqca qidalıdır və bu sadəcə təbiət qanunu deyil, Rəbbin qüdrətinə dəlalət edir. Təbiətdə yem yeyən, habelə şirin və ya şor su içən ev heyvanının yeyib-içdiyini belə bir təmiz və xoşməzə içkiyə çevirməyə qadir olan daha kim vardır?” (Bax: “Təfsir Əs-Saadi”)