Hava təravətləndiriciləri və ətirli şamlardan gələn təhlükə
844 dəfə baxılıb
York Universitetinin əməkdaşları aşkar ediblər ki, hava təravətləndiricilərinin və ətirli şamların tərkibində olan maddələrdən biri insan sağlamlığı üçün çox təhlükəli ola bilər.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, ətirli limonen maddəsi adi vəziyyətdə təhlükəsizdir, ozonla əlaqədə olanda isə formaldehidə çevrilir. Bu maddə burundan qan axmaya səbəb ola bilər, selikli qişanı qıcıqlandıra və xərçəng törədə bilər.
Ətirli şamların tərkibində limonenin miqdarı yol veriləndən yüzlərlə dəfə çoxdur. Müasir binalarda kondisionerlərdən istifadə edildiyi üçün hava hərəkətsiz qalır, buna görə otaqlarda formaldehid toplanır və insanları tədricən zəhərləyir.
Limonenin ziyanlı təsirindən xilas olmaq üçün otaqların havasını tez-tez dəyişmək lazımdır. Toksik maddələr otaq bitkiləri tərəfindən də udulur.
Sələf Xəbər: Peyğəmbərmiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət- sağlamlıq bə boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)