Həkimlərə tapşırıq verilib
790 dəfə baxılıb
Azərbaycanda apteklərdə dərmanlar dövlət tərəfindən tənzimlənmiş qiymətlərlə satılmağa başlanıldıqdan sonra Səhiyyə Nazirliyi (SN) tərəfindən həkimlərə müəyyən tövsiyələr edilib.
“Sələf Xəbər”in Milli.Az-a istinadən xəbərinə görə, SN-nin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib ki, yeni qiymətlər qüvvəyə mindikdən sonra vətəndaşların apteklərdə dərmanları yalnız ticari adı ilə axtarmaması üçün Nazirlik tərəfindən həkimlərə reseptlər yazarkən orada təsiredici maddənin də adının yazılması tövsiyə edilib.
Tarif ( qiymət) Şurası tərəfindən 25 təsiredici maddə üzrə 1057 adda dərmanın qiymətinin artıq dövlət tərəfindən tənzimləndiyini xatırladan P.Əzizbəyov bildirib ki, konkret hansısa ticari adı olan dərman aptekdə satışda olmayanda eyni təsiredici maddə üzrə digər ölkənin dərmanı satışda ola bilər: “Hər təsiredici maddə üzrə bir necə ölkənin müxtəlif adlarla istehsal etdiyi dərman vasitələri var. Ola bilsin ki, aptekdən konkret hansısa ticari adı olan dərman vasitəsini soruşduqda həmin adda dərman olmasın. Bu gün apteklərdə eyni təsiredici maddəyə malik digər ölkələrin, istehsalçıların istehsal etdiyi və dövlət qeydiyyatına alınmış dərman vasitələri var. Əgər əhali hər hansı dərmanı ticari adla axtardıqda onu apteklərdə tapmırsa, onda əczacıdan təsiredici maddə üzrə digər dərmanların olub-olmaması ilə maraqlansın”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)