Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Həkimlərə tapşırıq verilib

Sentyabr 30
15:59 2015

Azərbaycanda apteklərdə dərmanlar dövlət tərəfindən tənzimlənmiş qiymətlərlə satılmağa başlanıldıqdan sonra Səhiyyə Nazirliyi (SN) tərəfindən həkimlərə müəyyən tövsiyələr edilib.

“Sələf Xəbər”in Milli.Az-a istinadən xəbərinə görə, SN-nin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib ki, yeni qiymətlər qüvvəyə mindikdən sonra vətəndaşların apteklərdə dərmanları yalnız ticari adı ilə axtarmaması üçün Nazirlik tərəfindən həkimlərə reseptlər yazarkən orada təsiredici maddənin də adının yazılması tövsiyə edilib.

Tarif ( qiymət) Şurası tərəfindən 25 təsiredici maddə üzrə 1057 adda dərmanın qiymətinin artıq dövlət tərəfindən tənzimləndiyini xatırladan P.Əzizbəyov bildirib ki, konkret hansısa ticari adı olan dərman aptekdə satışda olmayanda eyni təsiredici maddə üzrə digər ölkənin dərmanı satışda ola bilər: “Hər təsiredici maddə üzrə bir necə ölkənin müxtəlif adlarla istehsal etdiyi dərman vasitələri var. Ola bilsin ki, aptekdən konkret hansısa ticari adı olan dərman vasitəsini soruşduqda həmin adda dərman olmasın. Bu gün apteklərdə eyni təsiredici maddəyə malik digər ölkələrin, istehsalçıların istehsal etdiyi və dövlət qeydiyyatına alınmış dərman vasitələri var. Əgər əhali hər hansı dərmanı ticari adla axtardıqda onu apteklərdə tapmırsa, onda əczacıdan təsiredici maddə üzrə digər dərmanların olub-olmaması ilə maraqlansın”.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 893 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 545 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 000 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 556 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 180 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 575 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 376 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 934 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 431 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 914 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN