Həyat meyvəsi – gilas
2. 762 dəfə baxılıb
Gilasın bir çox faydasına yenisi də əlavə olundu. Amerikalı mütəxəssislərin apardıqları yeni tədqiqata görə, gilas suyunun insan orqanizminə xüsusi bir faydası öyrənilib. Amerikanın Louisiana State Universitetindən edilən açıqlamalara görə ,albalı suyu yuxusuzluqdan əziyyət çəkənlərin dərdinin dərmanıdır.
Louisiana State Universiteti tədqiqatçılarının verdiyi açıqlamaya görə, gündə 2 dəfə albalı şirəsi içmək yuxu dərmanından belə daha çox təsirə malikdir.
“Sələf Xəbər”in cnnturk.com-a istinadən xəbərinə görə, 2014-ci ildə San Diego Təcrübi Biologiya toplantısında təqdim olunan araşdırma məlumatlarında qeyd olunub ki, müəyyən bir yaşın üzərində aparılan təcrübələrdə 2 həftə ərzində gündə 2 dəfə albalı suyu içənlərin yuxu səviyyələrində açıq bir nizam və yuxu müddətlərində 90 dəqiqə uzanma müşahidə edilib.
- 20 albalıda 12 – 25 milliqram arasında antosiyanin var ki, bu da bir aspirindən on qat daha təsirlidir.
- Gilas həm xolesterolu, həm də qan şəkərini aşağı salmağa yardımçı olur.
- Ürik turşu və ürat duzlarının bədəndən atılmasını təmin edir. Bu səbəblə revmatizm və podaqra xəstəlikləri, oynaq daşlaşması və damar möhkəmliyinin müalicəsində istifadə edilə bilər.
- Qəbizliyin qarşısını almada təsirlidir.
- Gilasda olan turşular, böyrəklərdə daş və qum yığılmasının qarşısını alır və varsa zamanla tökülməsinə yardımçı olur.
- Qandakı zərərli maddələrin bədəndən atılmasına yardımçıdır.
- Həddindən artıq dərman istehlakı ilə əlaqədar qaraciyərdə yaranan yükün azaldılmasında müstəsna rolu var. Nikotinin orqanizmdən atılmasına kömək edir.
- Daşıdığı meyvə şəkərini rahat həzm etdiyi üçün, şəkər xəstələri də gilasdan istifadə edə bilərlər.
- A vitamininin mühüm bir mənbəyi olan beta karoteni ehtiva edən gilas, göz problemlərinin qarşısının alınmasında yardımçı olur.
- 30 qram gilas saplağını 1 litr suda 10 dəqiqə qaynadaraq hazırlayacağınız çay, böyrəklərin işləkliyinə, qanın təmizlənməsinə, ödün və bağırsaqların tənzimlənməsinə böyük təsir göstərir.
- 100 qram gilasda, 17 min milliqram C vitamini var. Hər bir insanın gündə 60-80 milliqram C vitamini alması lazımdır.
- Eyni zamanda, gilas B1, B2, B5 vitaminləri, maqnezium və kalsiumla da zəngindir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)