Hıçqırığı kəsmənin çarəsi
1. 420 dəfə baxılıb
Hıçqırığın həlli tapılıb.
“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, insanlar arasında ən geniş yayılmış və xoşagəlməz hallardan biri də hıçqırığın baş verməsidir.
El arasında hıçqırıqdan əziyyət çəkənləri “oğru” adlandırırlar. Ancaq bunun səbəbi xüsusilə mədə turşusunun çoxluğu, beyin içi təzyiqin artması və steroid növlü dərman istifadəsidir. Ümumiyyətlə hıçqırıq tənəffüs əzələsinin və sinə əzələlərinin ani sıxılması və boğazdakı qapaqcığın sürətlə bağlanması nəticəsində meydana gələ bilər.
Lakin bu hal xəstəliklər və heç bir səbəbi olmadan da meydana gələ bilər.
Hıçqırığın qarşısının alınması üçün karbondioksidin artırılmasının lazım olduğunu yazan nevrologiya mütəxəssisi Dr. Şükrü Daloğlu bunun yeganə asan üsul olduğunu qeyd edib.
“Güclü hıçqırığa rast gəldiyiniz halda həkimə müraciət etməlisiniz. Bu cür hıçqırıq kilo itkisi və udqunma çətinliyi kimi əlamətlərlə birlikdə yemək borusu xərçənginə səbəb ola bilər”, – deyə mütəxəssis bildirib.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)