Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Huşsuzluğa asan çarə nədir?

Avqust 08
14:00 2015

Yatmaq formasının yaddaşsızlığa təsir edə biləcəyi məlum olub.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, Amerikanın Stony Brook Universitetinin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yanı üstə yatarkən beyin təmizlənir. Üzüstə və arxası üstə yatmaq insanların beyninə yaxşı təsir etməsə də yanı üstə yataraq beyin yorğunluğundan xilas olmaq mümkündür.

Beyin fəaliyyətini araşdıran alimlərin sözlərinə görə, böyrü üstə yatarkən qan-damar sistemi aktivləşir, orqanizmdə qanın hərəkəti sürətlənir, bakteriyalar və viruslar təmizlənir. Bu cür yatmaq forması beyni kimyəvi maddələrdən də təmizləyir.

Yanı üstə yatmaq amneziya ilə birlikdə bir çox sinir xəstəliyinin müalicəsi üçün də faydalıdır. Araşdırmanın nəticələri “Journal of Neuroscience” jurnalında da yayımlanıb.

Sələf Xəbər: Hələ Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) 1400 il bundan öncə bizə sağ tərəfi üstə yatmağı ciddi şəkildə tövsiyə etmişdir. Hətta gecə oyandıqda bir daha sağ tərəfə çevrilib yatmaq haqda bildirmişdir.
Nümunə olaraq İmam əl-Buxarinin “əs-Səhih” hədis kitabından “Sağ böyürü üstə yatmaq” adlı fəsildə qeyd etdiyi hədisi diqqətinizə çatdırırıq.
Bəra ibn Azib (radıyallahu anhu) demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) yatağına uzanıb yatmaq istədikdə sağ böyrü üstə çevrilib deyərdi: “Allahım! Sənə ümid edə­rək və Sən­dən qorxaraq canımı Sənə təslim etdim, üzümü Sənə çevirdim, işi­mi Sənə hə­valə etdim, kü­rəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əza­bın­dan) xilas olmaq üçün nicat yeri yalnız Sənə yö­nəlmək­dir. Sənin nazil et­di­yin Kitaba və göndər­di­yin Pey­ğəmbərə iman gətirdim!” (əl-Buxari, 6315)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 981 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 621 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN