Huşsuzluğa asan çarə nədir?
1. 809 dəfə baxılıb
Yatmaq formasının yaddaşsızlığa təsir edə biləcəyi məlum olub.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, Amerikanın Stony Brook Universitetinin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yanı üstə yatarkən beyin təmizlənir. Üzüstə və arxası üstə yatmaq insanların beyninə yaxşı təsir etməsə də yanı üstə yataraq beyin yorğunluğundan xilas olmaq mümkündür.
Beyin fəaliyyətini araşdıran alimlərin sözlərinə görə, böyrü üstə yatarkən qan-damar sistemi aktivləşir, orqanizmdə qanın hərəkəti sürətlənir, bakteriyalar və viruslar təmizlənir. Bu cür yatmaq forması beyni kimyəvi maddələrdən də təmizləyir.
Yanı üstə yatmaq amneziya ilə birlikdə bir çox sinir xəstəliyinin müalicəsi üçün də faydalıdır. Araşdırmanın nəticələri “Journal of Neuroscience” jurnalında da yayımlanıb.
Sələf Xəbər: Hələ Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) 1400 il bundan öncə bizə sağ tərəfi üstə yatmağı ciddi şəkildə tövsiyə etmişdir. Hətta gecə oyandıqda bir daha sağ tərəfə çevrilib yatmaq haqda bildirmişdir.
Nümunə olaraq İmam əl-Buxarinin “əs-Səhih” hədis kitabından “Sağ böyürü üstə yatmaq” adlı fəsildə qeyd etdiyi hədisi diqqətinizə çatdırırıq.
Bəra ibn Azib (radıyallahu anhu) demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) yatağına uzanıb yatmaq istədikdə sağ böyrü üstə çevrilib deyərdi: “Allahım! Sənə ümid edərək və Səndən qorxaraq canımı Sənə təslim etdim, üzümü Sənə çevirdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!” (əl-Buxari, 6315)