Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

İmmuniteti bu vasitələrlə möhkəmləndirək

Yanvar 30
18:03 2016

İnsanın immun sistemi mükəmməl bir sistemdir. Güclü immunitet insanı istənilən xəstəlikdən qoruya bilər.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, hər gün insanın orqanizminə hava, su, qida ilə milyonlarla müxtəlif mikroblar, viruslar, göbələklər daxil olur. İmmun sistemi isə onları zərərsizləşdirir və nəticədə insan xəstələnmir. Hər gün bizim orqanizmimizdə xərçəng hüceyrələri yaranır. İmmun sistemi isə onları zərərsizləşdirir.
Həkimlərin fikirinə görə, immunitetin səviyyəsi insanın irsiyyətindən (50%) və həyat tərzindən (50%) asılıdır. İrsiyyəti dəyişmək mümkün olmasa da , həyat tərzini dəyişmək mümkündür. İmmun sisteminin normal fəaliyyəti üçün bu sadə qaydalara əməl edin:

1. Düzgün qidalanın. Meyvə-tərəvəz, göyərti, süd məhsulları, qoz-fındıq, balıq, paxlalılar (noxud, lobya, mərci), bitki yağları immun sisteminin normal fəaliyyəti üçün ən vacib məhsullar sayılır. Əksinə çoxlu miqdarda şirniyyatların, şəkərin qəbulu immun sisteminə çox mənfi təsir edir.
Uzunmüddətli pəhrizlər immun sistemini zəiflədir.
2. Kifayət qədər yatın və dincəlin. Xroniki yorğunluq, yuxusuzluq insanın immun sisteminə mənfi təsir edir.
3. Stresdən uzaq olun. Xroniki stres bir çox xəstəliklər və pozulmaların (o cümlədən xərçəng xəstəliklərinin) risk faktoru sayılır. Bu səbəbdən mümkün qədər stres vəziyyətlərindən qaçın.
4. Hər gün ən azı 30 dəqiqə açıq havada gəzin.
5. Orqanizmdə olan xroniki infeksiya ocaqları (kariesli dişlər, xroniki tonzillit, xroniki haymorit və s.) immun sistemini zəiflədir. Bu səbəbdən belə infeksiya ocaqlarını mütləq və vaxtında müalicə etmək lazımdır.
6. Havaya uyğun geyinin, özünüzü soyuqdan qoruyun. Soyuqlama immun sisteminin kəskin zəifləməsinə səbəb olur.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 214 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 077 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 446 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 091 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 739 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 043 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 938 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 503 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 972 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 513 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN