İnfarktı bir ay əvvəldən müəyyənləşdirmək mümkündür – Necə?
890 dəfə baxılıb
İnfarktın bir çox göstəriciləri və simptomları var. Çoxları elə düşünür ki, infarktı əvvəlcədən bilmək mümkün deyil. Əslində isə elə deyil.
“Sələf Xəbər” Ölkə.Az-a istinadən infarktın əlamətləri ilə sizi tanış edir.
Halsızlıq
Arteriyalar daraldıqda ürəyə qan az gedir. Bu da ürəyin daha çox işləməsinə səbəb olur. Bu halda isə adam özünü yorğun hiss edir.
Nəfəs darlığı
Ürəyə gedən qan azaldıqca ciyərlərə gedən oksigen də azalır. Bu iki orqan bir-birinə bağlıdır, biri olmasa, digəri də olmaz.
Zəiflik
Bədənin zəifliyi arteriyaların daralmasıyla bağlı ola bilər. Bu halda qan dövranı axsayır, əzələlər onlara lazım olan ehtiyacı qarşılaya bilmir. Nəticədə isə sizin başınız gicəllənərək, yerə yıxılmanıza gətirib çıxarır. Qan dövranı axsadıqda isə beyinə daha az qan gedir. Nəticədə baş gicəllənir və soyuq tərləmə baş verir. Bu hal ölümə də səbəb ola bilər.
İnfarkt riskini azaldın
Ürəyinizdə daralma, sıxıntı və ya yumşaq bir ağrı hiss edirsinizsə, bu, infarkt əlamətidir. İnfarkt yaxınlaşdıqca simptomlar da çoxalır. Səbəbsiz yerə qrip və soyuqdəymə simptomları yaşayırsınızsa, bu da infarkt xəbərçisi ola bilər.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)