Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

İnsanlar ən çox bu xəstəlikdən həyatlarını itirirlər

Yanvar 30
17:52 2016

Bu gün Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib.

Deputat qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır: “Bu xəstəlik ölkəmiz üçün də hər zaman aktual olub. Rəsmi statistikaya əsasən, ölüm hallarının 58,8 faizi məhz bu xəstəlik səbəbindən baş verir”.

Onun sözlərinə görə, bu xəstəlikdə həm cavanlaşma, həm də yaşlaşma olur: “Cavanlaşmaya səbəb risk faktoru olaraq stressin çox olması, hərəkətsiz, oturaq həyat tərzidir. Çünki gündəlik hərəkəti, demək olar, xeyli azaltmışıq. Bu da insanlarda ürək-damar xəstəlikləri üçün ən böyük əsasdır. Bütün bunlar Azərbaycanda da bu xəstəliyin cavanlaşmasına səbəb olur”.

Yaşlanmağa gəlincə isə R.Mahmudov bildirib ki, Azərbaycanda əvvəlki illərdə ildə 3-4 nəfər əməliyyat olunurdusa, bu gün bu göstərici 4000-5000 nəfərdir: “Eyni zamanda ortalama yaş 20 il bundan qabaqkı kimi deyil. Bu gün Azərbaycanda əhalinin ömrü ən azından 10-15 yaş uzanıb. Əgər genetik risk faktorları yoxdursa, ömür uzandıqca yaşlılıqla bağlı ürək-damar xəstəlikləri meydana çıxır. Bu da, əsasən, 80 yaşlarında özünü büruzə verir. Bu gün xəstələr arasında həmin yaşda çoxlu xəstələr var”.

Komitə üzvü bildirib ki, ürək xəstəliklərinin mövsümi xarakter alması barədə deyilənlər yalnız təxəyyülün məhsuludur: “Çünki bununla bağlı real elmi araşdırma yoxdur. Sadəcə real problemi olan insan yay aylarında özünü rahat hiss etdiyini, qış aylarında isə soyuq havada tez-tez yeriyəndə təngnəfəslik probleminin olduğunu deyir. Həmin insanlarda problem əvvəl də var idi. Sadəcə həmin vaxt simptomlar ortaya çıxır. Yaxud da bəlli mövsümlərdə duzlu qidaların daha çox istifadə olunması ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda təzyiqin yüksəlməsi ilə birlikdə simptomların ortaya çıxmasına səbəb olur ki, bunu da hansısa mövsümlə əlaqələndiririk”.

R.Mahmudov hansı yaşdan sonra ürək xəstəlikləri ilə bağlı müayinədən keçmək lazım olduğunu da bildirib. Onun sözlərinə görə, dünya təcrübəsində qəbul olunan reallıq var ki, 35 yaşdan sonra yoxlamalar daha intensiv şəkildə aparılmalıdır: “Ailədə risk varsa, bunu daha tez edə bilərlər. Qazanılmış ürək damar xəstəliklərinin çoxunun təməli qida rasionundakı dəyişikliklərdir. Eləcə də gənclərin istifadə etdiyi qidaları nəzərə alaraq dünyada böyük təhlükə yarandığı qeyd olunur. Hətta bu xəstəliyin 6-7 yaşdan etibarən başladığı barədə xəbərdarlıq edirlər. Bununla bağlı tədqiqatlar var, amma daha dolğun olması üçün uzun zaman lazımdır”.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 229 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 085 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 463 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 105 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 757 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 091 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 547 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 018 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 531 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN