İnsanların ən “şirin” bəlası
1. 460 dəfə baxılıb
Dünyada hazırda 415 milyona yaxın şəkərli diabetlə (ŞD) xəstə insan var. 2040-cı ildə bu say 642 milyon olması ehtimal edilir.
Selefxeber.az-ın “eurasiadiary.az” saytına istinadən məlumatına görə, Azərbaycanda 2016-cı il üçün son hesablamalarına əsasən 212 577 nəfər şəkərli diabetlə xəstə insanın olması rəsmi qeyd edilir.
Şəkərli diabet nədir?
Şəkərli diabet – endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur.
Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.
Qlükoza orqanizm üçün çox vacib kimyəvi birləşmə olub, müxtəlif proseslərdə “yanacaq” kimi istifadə olunur. Qlükoza yoxdursa – enerji də yoxdur, enerji yoxdursa – həyat da yoxdur. İnsulin hormonu qlükozanı orqanizmdəki hüçeyrələrə çatdırır. İnsulin hormonu mədəaltı vəzidəki xüsusi hüceyrələrdə istehsal olunur.
Diabet xəstəlik deyil, həyat tərzidir
Həkimlər həmişə qeyd edirlər ki, şəkər xəstəlik deyil, həyat tərzidir. Bu o deməkdir ki, insan müəyyən qaydalara əməl etdikdə, xəstəliyin onun həyatına olan mənfi təsirini minimuma çatdıra bilər.
Lakin əgər xəstə bu qaydalara əməl etməzsə və şəkərin səviyyəsi onun qanında daim yüksək olarsa, orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif ağır pozulmalar inkişaf edəcək. Şəkərin qanda çox yüksək səviyyədə olması komaya səbəb ola bilər.
Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.
Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları – yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.
Nə yeməli?
Şəkər xəstələri üçün ən faydalı meyvə armuddur. Diabet xəstələri qəlyanaltı zamanı 1 ədəd armud yeməli, 1 stəkan süd içməli və ya bir az qatıq yeməlidirlər”.
Diyetoloqların fikrinc, şəkər xəstələri üçün ən faydalı çərəzlər qoz və badamdır. Gündə 10 ədəd badam və 2 ədəd qoz yemək kifayətdir.
Şəkər xəstələrinin dostu darçındır. Darçın qandakı şəkəri tənzimləyir. Ona görə də, gündə yarım çay qaşığı darçın istifadə etmək lazımdır.
Qatıq da diabet xəstələrinin dostları siyahısına daxildir.
Sarıkök şəkər xəstələri üçün ən faydalı ədviyyatdır. Bu ədviyyatın tərkibindəki “curcumin” maddəsi insulini sabitləşdirir. Qanda şəkərin səviyyəsini nizamlayır.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?” (Xatib əl-Bağdadi, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)