Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

İşləri asanlaşdıran nəm salfetlərin təhlükəsi

İyul 08
16:29 2015

Yaşından asılı olmayaraq bütün insanlar üçün salfetlər önəmlidir. Gündəlik yaşam zamanı insanı bir çox narahat vəziyyətlərdən xilas edən salfetlər, demək olar ki, hər kəsin çantasında mövcuddur. Müxtəlif formalı, qoxulu, dizaynlı olan bu salfetlərə tələbat o qədər artıb ki, istehsalçı firmalar bunu növlərə ayırmağa başlayır: körpə salfeti, yeniyetmə salfeti, gündəlik alkoqollu salfet, alkoqolsuz salfet, qoxulu, sərinləşdirici, əsəb sakitləşdirici və s.

Təmizlik, xüsusən mikroblardan qorunmaq üçün istifadəsinin vacibliyini qeyd edən firmalar bu salfetlərin heç bir əks təsirindən söz açmır. Halbuki, böyüklər üçün belə təhlükəli olan bu salfetlərin uşaqlar üçün istehsal olunub satışa buraxılması heç də düzgün deyil.

Apardığımız sorğu zamanı məlum oldu ki, insanlar nəm salfetlərdən istifadə etsələr də, onun gigiyenik tərəfinə o qədər də əhəmiyyət vermirlər. Halbuki, ən yüngül halda ağır dəri allergiyası yarada bilən bu salfetlərin tərkibində olan kimyəvi maddələr xərçəngə qədər apara bilər.

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, üzdə dəri problemlərindən əziyyət çəkən gənc xanımların 90%-i nəm salfet ilə makiyaj təmizləyirlər. Körpələrin dəri bişməcəsindən əziyyət çəkməsinin ilkin səbəbi də elə bu nəm salfetlərdir. Hətta valideynin bu salfetlərlə əllərini silib körpəsinə toxunması belə körpə sağlamlığı üçün təhlükəlidir: “İstər böyüklər, istərsə də uşaqlar üçün istehsal olunan nəm salfetlər olduqca çox kimyəvi maddə saxlayırlar. Kim desə ki, uşaq salfetləri belə deyil, əmin olun, yalandır. Əvvəla, sağlamlıq üçün zidd olmayan əşyaların tərkibi kimyəvi maddələrlə zəngin olmamalıdır. Salfetlər isə belə deyil. Nəm salfeti sıxdıqda yuyucu tozlu su damcıları çıxır. Eləcə də kasaya su doldurub nəm salfeti içərisində fırladın. Kasadakı su köpüklənəcək. Körpələrin geyimləri, yataq dəstləri dəfələlə durulanır ki, yuyucu maddə qalıb allergik reaksiya verməsin. Digər tərəfdən, ana tərkibi yuyucu maddə ilə dolu olan salfeti körpəsi üçün istifadə edir. Bu cür ziddiyyət körpəni qoruya-qoruya təhlükəyə atmaq deməkdir”.

Xanımları nəm salfetlərdən makiyaj təmizləmək üçün istifadə etməməyə çağıran müsahibimiz bildirir ki, üzərindən su ilə yuyulsa belə siz artıq bu salfeti dəfələrlə üzdə gəzdirmiş olursunuz. Onun sözlərinə görə, yanma, qaşınma və civzə kimi geniş yayılan problemin əsas kökü də məhz budur.

Pediatr Xatirə İsayevanın sözlərinə görə, körpələrin təmizliyində nəm salfetlərdən istifadə edilməməlidir. Su və sabunla yuyulmalı olan bədənə bu cür kimyəvi maddələrlə zəngin olan salfetlər vurulmamalıdır. Bu salfetlər uşaqları öldürməz, amma sağlamlığına ciddi təsir göstərər: “Körpə dərisi çox həssasdır. Buna görə də yumaq əvəzinə nəm salfetlər qətiyyən istifadə olunmamalıdır. Körpə üçün 1 qram kimyəvi maddə belə təhlükəlidir”.

Bir çoxları hesab edir ki, bu salfetlər sağlamlıq üçün faydalıdır və gigiyenik cəhətdən dərinin təmizlənməsinə yardım edir. Lakin tədqiqatçılar tez-tez istifadə etdiyimiz vasitənin daşıdığı təhlükəni aşkar ediblər. Müvafiq iddia bütün nəm salfetlərə aiddir.

Dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırıb, təkidlə bildiriblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir.

Mətbuatda çıxan məlumatlar həkimləri sadəcə şoka salıb. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər eyni zamanda körpələri də əhatə edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, “Sydney Morning Herald” onu ictimaiyyətə təqdim edib.

Alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 212 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 076 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 445 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 090 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 738 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 042 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 937 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 502 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 971 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 512 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN