Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

İsti hava beyin qanaması riskini artıra bilir

İyul 10
18:09 2015

Beyin qanamaları hər yaşda müşahidə olunur. Xüsusilə də isti havalarda beyin qanamaları riski artır.

“Sələf Xəbər”in “Qafqazinfo”ya istinadən məlumatına görə, yayda meydana gələn tərləmə və su itkisi, mühitdə artmış olan nəm nisbəti ilə birləşəndə, bədəndə ifraz olunan bəzi hormonlar, təzyiqdə düşmə və yüksəlməyə səbəb olur.

Təzyiq oynamalar əsnasında, maye itkisinə səbəb olur və damarlar içərisindəki qan azalmağa başlayır. Bunun nəticəsində isə tıxanma yaranır. Əgər bu vəziyyət beyində reallaşarsa, beyin qanaması, iflic və ya ürək damarlarında tıxanma ilə nəticələnə bilər.

Beyin qanamalarına qarşı lazım olan tədbirlər:

  1. Artıq çəkidən xilas olun.
  2. Nizamlı şəkildə idman edin.
  3. Stressdən mümkün qədər uzaq durun.
  4. Siqareti tərgidin.
  5. Təzyiq və ürək dərmanlarınızı vaxtında və tam qəbul edin.
  6. 11:00-16:00 saatları arasında məcbur qalmadıqca günəşə çıxmayın.
  7. Bol maye qəbul edin, sulu meyvələr yeyin və gündə 2 ədədən artıq olmamaq şərtilə təbii mineral su için.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 212 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 076 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 445 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 090 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 738 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 042 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 937 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 502 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 971 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 512 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN