Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Keçi südünün faydaları

Avqust 22
16:48 2015

Ana südünə ən yaxın süd keçi südüdür.

Təbiətin bizə verdiyi faydalı qidalardan biri də keçi südüdür. İstifadəsi elə də çox yayılmayan bu faydalı qidaya yavaş-yavaş tələb artır.

“Sələf Xəbər” Aile.lent.az-a istinadən keçi südünün faydalarını təqdim edir:

İnək südündən daha çox vitamin, kalsium və maqnezium tərkiblidir. Hətta tərkibindəki kalsium ana südündən 4 qat daha çoxdur. Buna görə sümüklərə faydası danılmazdır.Tərkibinə görə ana südünə ən yaxın süd keçi südüdür.

Xərçəngdən qorumaqda effektli olan seleniumla zəngindir.

Müntəzəm içsəniz, astma, eqzema, həzm problemlərinizin azaldığını görəcəksiniz.

Varikoz müalicəsində təsirli qida kimi istifadə edilə bilər.

Həzmi asan olduğundan qəbzlik problemi olanlar asanlıqla qəbul edə bilər.

Allergiyaya səbəb olan beta kazein keçi südündə azdır. Buna görə protein allergiyası olanlar keçi südü içəndə allergiya riski daha az olur.

Tərkibində iltihablanmanı əngəlləyən yağ turşuları var.

Dəri xəstəliklərini yaxşılaşdırmada dərman müalicəsinə kömək edir.

Qara nöqtələri təmizləmək və məsamələrı sıxlaşdırmaqda son dərəcə effektlidir.

Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik.” (Qurani-Kərim, “Nəhl” surəsi, 66-cı ayə)

“Ey insanlar! Allah ev heyvanlarını sizə tabeliyinizə verdi ki, sizə fayda versinlər və Onun kamil qüdrəti və hər şeyi əhatə edən xeyirxahlığı haqqında sizə xatırlatsınlar. O, sizə heyvanların qarnında qanla ifrazat arasında əmələ gələn süd içirdir. Südün əhatəsində olan şeylər ona qarışmır və o, onu içənlərə ləzzət bəxş edir. O, susuzluğu söndürür və olduqca qidalıdır və bu sadəcə təbiət qanunu deyil, Rəbbin qüdrətinə dəlalət edir. Təbiətdə yem yeyən, habelə şirin və ya şor su içən ev heyvanının yeyib-içdiyini belə bir təmiz və xoşməzə içkiyə çevirməyə qadir olan daha kim vardır?” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 981 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 621 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 499 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN