Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Keyfiyyətli yuxunun önəmi

Avqust 29
16:28 2015

Bir çox həkimlər normal yuxu vaxtının 6-8 saat arası olduğunu bildirirlər. Bundan az, ya da çox yatan insanların sağlamlığında, psixoloji vəziyyətində problemlər yaranır və sinir sistemi pozulur.

“Sələf Xəbər” Atv.az-a istinadən məlumat verir ki, göstərilmiş yuxu saatından daha az yatan insanlarda depressiyaya, piylənməyə və diabetə meyillilik artır.

Yuxusuzluğun qarşısıalınmaz problemlərə yol aça biləcəyini deyən həkimlər, “Yuxu çox önəmlidir. İki gün ard-arda yuxusuz qalmaq ölümə bərabərdir. İki-üç gün yuxusuz qalmaq psixoloji problemlərlə, hətta ölümlə nəticələnə bilər”, – deyə bildirirlər.

Az yatmaq kimi, çox yatmağın da orqanizmə ziyanı var. Yuxu 10-12 saatdan sonra insanı rahatlaşdırmır.

Yuxunun müddəti qədər keyfiyyəti də önəmlidir. Yaxşı yata bilmək üçün yataq təmizliyinə fikir verin. Xüsusilə axşam saatlarından sonra çay, qəhvə, enerjiverici içkilər qəbul etməyin. Yuxunuz gələn zaman ona qarşı dirənməyin, yatın. Bundan başqa yataq otağında televizor olmalı deyil. Yatmazdan əvvəl dərin fəlsəfi kitaplar oxumayın. Yuxunuzu qaçıracaq əşyaları yataq otağında saxlamayın.

Mümkün qədər düz və rahat yataqda və qaranlıq otaqda yatmağın keyfiyyətli yuxu üçün vacib olduğunu unutmayın.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur”. (Qurani-Kərim, “Furqan”, 47-ci ayə)

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Allah-Təala sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 981 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 621 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 499 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN