Maşına minən kimi kondisioneri işə salmaq təhlükəlidir – ŞƏRH
1. 327 dəfə baxılıb
Kölgədə saxlanılmış avtomobildə, pəncərə bağlı olduqda içəridə 400-800 mq benzol ola bilər.
Kölgədə saxlanılmış avtomobildə, pəncərə bağlı olduqda içəridə 400-800 mq benzol ola bilər. Əgər avtomobil günəş şualarının altında dayanıbsa və günün temperaturu 16 dərəcədən yuxarıdırsa, benzolun səviyyəsi 2000-4000 mq ola bilər. Bu isə normadan 40 dəfə yüksək miqdardır.
“Sələf Xəbər” XəzərXəbər.com-a istinadən bildirir ki, benzol toksindir və sağlamlıq üçün təhlükəlidir. Əsasən böyrək, sümüklər və qaraciyər üçün çox təhlükəlidir.
Pəncərələri bağlı maşına girən insanlar həddindən artıq miqdarda benzolla nəfəs alırlar. Bu kimyəvi maddə o qədər zərərlidir ki, orqanizm onu çox çətinliklə bədəndən çıxarır.
Araşdırmaya görə, kondisioner havanı soyutmağa başlamazdan əvvəl bütün yığdığı benzolu havaya atır.
Benzol xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər.
Maşını işə saldıqdan sonra dərhal kondisioneri işə salmayın.
İlk öncə, pəncərəni bir neçə dəqiqəlik açmaq çox vacibdir. Avtomobilin salonu yaxşı havalanandan sonra kondisioneri qoşmaq olar.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Dinimiz bizə hər sahənin öz mütəxəssisinə müraciət etməyi, həmin sahə üzrə mütəxəssislərin rəyinin əsas götürülməsini öyrətmişdir. Uca Allahın “Əgər bilmirsinizsə zikr (elm) əhlindən soruşun” – ayəsi bizə öyrədir ki, biz bilmədiklərimizi bilən mütəxəssislərdən öyrənməliyik.
Hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) “Siz dünya işlərinizi daha yaxşı bilirsiniz!” – deməklə, şəriətə müxalif olmayan dünya işlərinin seşimini bizə həvalə etmişdir.
Bəzən elə olur ki, mütəxəssislər şəriətə müxalif olan fikirlər, yaxud üsullar təqdim edirlər. Bu halda biz müsəlmanlar şəriətimizə müxalif olduğu üçün həmin fikirlərə əməl emtəli deyilik. Çünki İslam etiqadına görə şəriətin qadağan etdiyi işdə insan üçün tam xeyir ola bilməz. Xeyiri olsa da qismən olar. Zərəri xeyirindən daha çox olar.