Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Meyvə qurusu alarkən diqqət edin

Noyabr 13
19:22 2015

Təbii, lətli, təzə meyvələr kimi quru meyvələr də süfrəmizin və ağız dadımızın əvəzolunmazlarıdır.

“Sələf Xəbər” Ölkə.az-a istinadən bu əvəzolunmaz dadları alarkən nələrə diqqət etmək haqqında məlumat verir.

Meyvə qurusunu necə seçməli?

Dietoloqlar həmişə quru meyvələrin faydalarından danışırlar. Birincisi, onun tərkibində sellüloz maddəsi var ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. İkincisi, tərkibindəki vitamin və minerallar təzə meyvədə olduğundan daha çoxdur. Quru meyvə kalium ( qan təzyiqini normallaşdırır), dəmir ( qanın artmasını yaxşılaşdırır), karotin, B qrupu vitaminlərlə zəngindir. Bütün bunlar ürəyin, beynin, sinir sistemi və əzələlərin işini yaxşılaşdırır.

Meyvə qurudulduqdan sonra tərkibindəki şəkər qatılaşır. Amma bu şəkər təhlükəli deyil. Əvəzində əsl təhlükə quru meyvələrin saxlanma müddətini artırmaq və satış üçün görünüşünü yaxşılaşdırmaq məqsədilə kimyəvi dəyişikliyə məruz qalmasındadır. Bu təhlükələr əsasən 3 yerə bölünür:

Təhlükə 1

Qeyri-təbii rəng

Ərik və üzüm kükürd dioksidli tüstüyə verilir. Bu cür tüstüyə verildikdən sonra tünd qəhvəyi olmaq əvəzinə, qaysı parlaq narıncı, kişmiş isə kəhrəba sarısı, qızılı-sarı rəng alır. Kükürd dioksid meyvə qurusunu həşəratlardan və kifdən qoruyur. Kükürdlü dioksid zəhərli maddədir, suda asanlıqla həll olunur və mədədə sulfid turşusu əmələ gətirir ki, bu da həzm sisteminin selikli qişasını məhv edir. Mədə-bağırsaq xəstəlikləri olan insanlar bu cür ərzaqlardan uzaq qaçmalıdırlar. Eyni zamanda bu cür maddələr asmatiklər üçün güclü allergendir.

Qeyri-təbii rəngli quru meyvələrdən qorunma

Bilməlisən ki, keyfiyyətli quru meyvənin görüntüsü, adətən cəlbedici olmur. Onlar tünd rəngli, büzüşmüş və tozlu olurlar. Qaysı, kişmiş, quru albalının rəngi parlaqdırsa, deməli, bu meyvələr qurudularkən kükürd dioksidin təsirinə məruz qalıb və ya qida boyası ilə boyanıb. Quru meyvələri istifadə etməmişdən əvvəl meyvələri 10-15 dəqiqəlik otaq istiliyindəki suda saxlayın, sonra da suyun altında yaxşıca yuyun.

Təhlükə 2

Qeyri-adi dad

Meyvələri təbii üsulla kölgədə və ya günəşin altında qurutmaq çox çətindir, çünki onlar tez turşuyurlar. Buna görə də onları qaz və ya benzinlə işləyən sobalarda yüksək istilikdə qurudurlar. Gavalı, qaysı, kişmiş, xurma bu cür qurudulduqda benzin dadı verir, qabığı çatlayır, tərkibindəki vitaminlər isə məhv olur.

Qeyri-adi dadlı quru meyvələrdən qorunma

Qeyri-adi dada sahib olan quru meyvələri alarkən əvvəlcə onu iyləyin. Benzin və ya tüstü iyinə xüsusi fikir verin. Qabığı çox çatlamış quru meyvə zaydır. Quru xurmanı dənəli, gavalı, qaysı, kişmiş, xurma kimi quru meyvələri isə saplaqlı almaq lazımdır. Bu cür meyvələr faydalı maddələri özündə daha yaxşı saxlayır.

Təhlükə 3

Qeyri-adi parıltı

Yumşaq və parıltılı olması üçün gavalını çox vaxt keyfiyyətsiz bitki yağına və ya qliserinə salırlar. Qəhvə çalarlı olması üçün isə onun çox qaynar suya salınmasından irəli gəlir. Bunun nəticəsində isə meyvə vitaminlərini itirir.

Qeyri-parıltılı quru meyvələrdən qorunma

Quru meyvəni şəffaf qabda və ya açıq (çəki ilə) şəkildə almaq daha faydalıdır. Bu zaman qaysının rəngini, gavalının və kişmişin aydın olmayan parıltısını düzgün qiymətləndirə bilərsən.

Quru və təbii meyvələrin kaloriləri

Ərik 100 qr – 50 kalori

Qaysı 100 qr – 200-250 kalori

Gavalı 100 qr – 60 kalori

Gavalı qurusu 100 qr – 250 kalori

Xurma 100 qr – 62 kalori

Xurma qurusu 100 qr – 245 kalori

Üzüm 100 qr – 70 kalori

Kişmiş 100 qr – 280 kalori

Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 226 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 083 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 461 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 101 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 752 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 087 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 543 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 013 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 530 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN