Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Nar qabığının faydaları

Oktyabr 07
18:54 2015

Nar çox faydalı meyvədir. Bu meyvənin adətən tulladığımız qabıqları da çox faydalı müalicəvi məhsuldur.

Nar qabıqlarının tərkibində müxtəlif faydalı maddələr var (antioksidantlar, orqanik turşular, büzücü maddələr və s.). Bu səbəbdən nar qabıqları xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur. Aile.lent.az saglamolun.az-a istinadən nar qabıqlarının faydalarını təqdim edir.

1. Nar qabıqları ürək üçün çox faydalıdır – ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Ürək xəstəlikləri zamanı 1 orta ölçüdə olan nar qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal və zəncəfil əlavə etmək olar.

2. Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir – bağırsaqları “yığır”, iltihabı azaldır. Nar qabıqlarını çay kimi dəmləyin (1-ci reseptdə göstərilib) və gün ərzində qəbul edin. Belə dəmləməni uşaqlara da vermək olar.

3. Nar qabıqlarının dəmləməsi güclü büzücü təsirə malikdir və bu səbəbdən damaq problemləri zamanı çox yaxşı kömək edir – damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə iltihab zamanı (flüs), dişin çəkilməsindən sonra nar qabıqlarının dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin və ya dəmləməni ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş olan tərəfdə saxlayın. Diş çəkiləndən sonra qanaxma bəzən kifayət qədər güclü olur. Nar qabıqlarının dəmləməsi qanaxmanın dayandırmağında kömək edir.
Ümumillikdə ağız boşluğunda istənilən iltihab, yara və s. zamanı nar qabıqlarının dəmləməsi çox yaxşı kömək edir.

4. Nar qabıqlarının dəmləməsi qurdqovucu təsirə malikdir.

5. Nar qabıqlarının dəmləməsi öskürək zamanı da yaxşı kömək edir. Dəmləməni 1/3 stəkan olmaqla gün ərzində 3 dəfə ilıq şəkildə için. Dəmləməyə bal əlavə edin.

6. Nar qabıqlarının dəmləməsi qastrit və mədə xorası zamanı da müalicəvi təsi edir – iltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır.” (Buxari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatında misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 210 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 075 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 443 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 089 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 737 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 041 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 935 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 500 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 970 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 511 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN