Nar sağlamlıq mənbəyidir
1. 013 dəfə baxılıb
Narın hər dənəsi sağlamlıq mənbəyidir. Nar, təzyiqi müsbət şəkildə nizamlayır, ürəyi qoruyur, nizamlı işləməsinə dəstək olur.
Hər meyvənin insan sağlamlığına xeyiri olduğu kimi narın da özünə xas faydaları var.
“Sələf Xəbər” Sputnik.az-a istinadən xəbər verir ki, nar suyundakı antioksidantın miqdarı yaşıl çay və portağal suyundan 3 qat daha çoxdur. 1 stəkan nar suyu 10 stəkan yaşıl çayı əvəz edir.
Nar, təzyiqi müsbət şəkildə nizamlayır, ürəyi qoruyur, nizamlı işləməsinə dəstək olur. İnfeksiyaya qarşı bədənin müqavimətini qoruyur və artırır. İmmunitet sistemini gücləndirir.
Xolesterol və qan şəkərinizi tənzimləyərək artmasına mane olur. Nar bağırsaq parazitlərinin düşmənidir və ishalın qarşısını alır. Turş nar isə mədə yanmalarına qarşı faydalıdır, boğaz ağrılarına və ağ ciyərlərə xeyri var. Öskürəyə də yaxşı təsir edir.
Dəri infeksiyalarını da yox edə bilir. Lakin bəzən mədədə qaz əmələ gətirdiyi üçün hərarəti olanlara yaxşı təsir etməyəcəyi bildirilir. Kiçik uşaqların və hamilələrin çox istifadə etməməsi tövsiyə olunur.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (Qurani-Kərim, Ənam surəsi, 141-ci ayə)