Naringi çox faydalıdır
Fevral 17
18:16
2016
861 dəfə baxılıb
“Kiçik günəş” adlandırılan naringi insanın ovqatını yüksəldir.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, bir naringinin tərkibində sümükləri və dişləri bərkidən 26 milliqram kalsium və 12 milliqram fosfor, habelə sinir gərginliyini aradan qaldıran 8 milliqram maqnezium var.
Mövsümü meyvə qaraciyər xərçəngi, viruslu hepatit və diabetin inkişafı, qan-damar sisteminin ciddi patologiyaları riskini təxminən 9 faiz azaldır.
Mütəxəssislər naringinin faydalı xüsusiyyətlərinin siyahısını da tərtib ediblər. Naringinin şirəsi və qabığından quru, normal və yağlı dərilər üçün kosmetik preparatların hazırlanmasında istifadə olunur.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)