Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Neçə dərdə dəva – əməköməci

Noyabr 23
17:48 2015

Nəfəs yollarının iltihablarından tutmuş ağ ciyər xərçənginə qədər nə qədər xəstəliyi əsrlərdir bu bitki sağaldır.

Əsrlər əvvəl müasir dərmanlar yox idi. Amma elə otlar var idi ki, onlar insanların həyatını xilas edirdilər. Günümüzün reallığı odur ki, bahalı dərmanlar, ardı-arası kəsilməyən prosedurlar dərdimizə əlac olmur. Amma sıradan bir ot, bizə həyatımızı və sağlamlığımızı geri qaytarır.

“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, elm aləminə “malva” və ya “neglesta” kimi məlum olan əməköməcidən xalq təbabətində geniş istifadə olunur. Bağ və bostanlarda, əkin sahələrində alaq otu kimi bitən əməköməci C vitamini və karotinlə zəngindir.

Azərbaycanda əməköməcidən göyərti şorbası, buğlama, dolma və digər yeməklərin hazırlanmasında istifadə olunur.

Əməköməcinin faydaları saymaqla bitməz. İltihab əleyhinə yaxşı vasitə olan bu bitkidən dəridəki çibanların, yaraların ağrılarını sakitləşdirmək üçün istifadə olunur. Sinəni yumşaldır, əla bir bəlğəmgətiricidir, təngnəfəsliyi aradan qaldırır və öskürəyi tez kəsir. Bu səbəbdən də soyuq qış aylarında əməköməcinin özündən və qurusundan bolluca istifadə etmək lazımdır.

Mədə və bağırsaqların düzgün işləməsini tənzimləməsi də əməköməcinin faydaları arasındadır. Qəbizlik kimi bağırsaq problemlərini asanlıqla aradan qaldırır. Bağırsaqları rahatlayır, asanlıqla işləməsini təmin edər. Mədə bulanmasının və qusmaların qarşısını alır, qastriti, ülsəri (mədə yarası), mədə ağrılarını aradan qaldırır.

Əməköməcinin qızdırmanı salmaq, orqanizmə rahatlıq gətirmək xüsusiyyəti də var. Boğaz və badamcıq iltihablarını aradan qaldırır. Zökəm, qrip, göy öksürək, bronxit, təngnəfəsliyin müalicəsində əvəzsiz vasitədir. Ağciyər xərçənginin müalicəsində də ondan geniş istifadə olunur.

Bu bitki üz dərisinin qırışlarını yaxşı əngəlləyir.

Əməköməci keçəlliyə, saçların tökülməsinə qarşı da yaxşı vasitədir. Başının tükü tökülən adamlar (xüsusilə keçəlləşən kişilər) əməköməcini əzib ya da ət maşınından çəkib cunaya yaxaraq başa qoymalıdır. Səhərdən axşamacan başda qalan bu məlhəm yapışqan kimi başa yapışır. Yapışqan kimi başa yapışan əməköməcini təmizləyib səhəri gün bu proseduru təkrarlamaq lazımdır. Üç gün təkrarlanan bu prosedurun sonunda başda tüklərin əmələ gəldiyi müşahidə olunacaq. Tüklənmədən əziyyət çəkən insanlara bu bitkidən uzaq durmaları tövsiyə olunur.

Sələf Xəbər: Uca Allah buyurur: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 224 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 083 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 461 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 101 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 752 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 087 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 543 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 013 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 530 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN