Orqanizmi toksinlərdən təmizləyən bitkilər
1. 526 dəfə baxılıb
Böyrəkləri təmizləmək üçün otlardan istifadə etmək orqanizmin özünü zərərli maddələrdən təmizlənməsinin ən yaxşı yollarından biridir. Amma nisbətən daha az tanınan üsuldur.
“Sələf Xəbər” Milli.Az-a istinadən böyrəklər üçün detoks funksiyasını yerinə yetirən bəzi otların siyahısını təqdim edir:
Böyrəklər orqanizmin ümumi sağlamlığında çox mühüm rola malikdir. Bəs, necə? Böyrəklər bədəndən toksinlərin atılmasını təmin edir və filtr vəzifəsini yerinə yetirir. Əgər bu filtr ləngisə, bədəndəki qan zəhərlənir. Çünki duz və tullantılar böyrəklərə yığılır. Bu zaman böyrəklərə həddindən artıq tullantı maddələr və toksinlər toplandığı üçün onu xaric edə bilmir. Böyrəklərin fəaliyyətinin zəifləməsi müxtəlif səbəblərə bağlı olaraq meydana gələ bilər.
Böyrəkləri təmizləyən faydalı otlar
Qatırquyruğu
Qatırquyruğu böyrəkləri toksinlərdən təmizləyən ən geniş yayılmış otlardan biridir. Onun tərkibindəki yüksək silisium oksid toksinləri zərərsizləşdirir. Sidikqovucu xüsusiyyəti sayəsində orqanizmdən sidik ilə birlikdə toksinləri və digər zərərli maddələrin atılmasını təmin edir. Qatırquyruğunu dəmləyib içmək böyrəklərdə və sidik yollarındakı daşlaşmanı, kirəcləşməni, oynaqlardakı duzlaşmanı və ağrıları azaldır.
Qaragilə
Qaragilə uzun zamandan bəri infeksiyaların müalicəsində dərman kimi istifadə olunur. Bu bitki antibakterial maddələrlə zəngindir. Qaragilədə olan antibakterial maddələr böyrəkləri toksinlərdən təmizləyir.
Gicitkən otu
Toksinlər və tullantı maddələrin atılmasında bu bitki böyrəklər üçün olduqca effektlidir. Gicitkən otunun tərkibi qidalandırıcı və bol miqdarda xlorofil, beta karoten, A vitamini, B2 vitamini, C vitamini, E vitamini, kalsium, kalium və dəmirdən ibarətdir. Gicitkən də faydalı təsirlərə malik olan bitkidir.
Cəfəri
Həm ləzzətli, həm də salatları bəzəyən bu faydalı göyərti böyrəkləri təmizləyib toksinləri orqanizmdən xaric edir. Bundan başqa, cəfəri detoks funksiyasını yerinə yetirərək, artıq yağları yandırır. Həmçinin şiş və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
Zəncəfil
Zəncəfil qanı və böyrəyi toksinlərdən təmizləməyə kömək edir, çiy və ya bişmiş halda böyrək üçün ən yaxşı qidalardan biri hesab olunur.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)