Orqanizmin bərpası üçün əvəzolunmaz vasitə

1. 043 dəfə baxılıb
Uzun sürən müalicə prosedurlarından, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitə hesab olunur. Onun tərkibində pektin olduğu üçün bu içki güclü antioksidandır. Buna görə də balqabaq şirəsi orqanizmin xolesteroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.
“Sələf Xəbər” Milli.Az-a istinadən balqabaq şirəsinin digər faydalarını təqdim edir.
Balqabaq şirəsi böyrək daşlarının salınması üçün təbii məlhəmdir. Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sistemi üçün xeyirlidir.
Ürək damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. Hipertoniyadan əziyyət çəkənlər də balqabaq şirəsindən faydalana bilərlər. O, qan təzyiqinin aşağı salınmasında əvəzolunmaz vasitədir. Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.
Balqabaq şirəsi prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı içkilərdən biri sayıla bilər. Bu möcüzəvi faydaları olan içki hamilə qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!” (Qurani-Kərim, “Nəhl” surəsi, 13-cü ayə)