Oruc tutanlara tövsiyə
839 dəfə baxılıb
Ramazan ayının gəlişi ilə süfrələr nemətlərlə bəzədilir, gözəl niyyətlər arzulanaraq oruc tutulur.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən məlumat verir ki, oruc tutan insanlar iftar vaxtı birdən-birə ağır və tez- tez yemək yeməməlidir. Bu mədə və həzm sistemi üçün təhlükəlidir. Süfrənizdə daha yüngül və doyurucu yeməklərə üstünlük verməklə sağlamlığınızı qoruya bilərsiniz.
Məsələn, süzmə qatığın içərisinə təzə nanə doğraya bilirsiniz. C vitamini və folik turşusuyla zəngin olan nanə yarpaqları, sizi həm isti yay günlərində rahatladacaq, həm də maye itkisi ilə artan mineral ehtiyacınızı qarşılamağa kömək edəcək.
Ayran
Sodalı ayran içməklə mineral ehtiyacınızı qarşılaya bilərsiniz. Eyni zamanda sodalı ayran uzun müddət susuzluğa dözümlülüyü artırır.
Yemiş, qarpız
Yemiş və qarpız yüksək kalium ehtiva edən meyvələrdir. Kalium mineralı ilə zəngin olan bu bostan meyvələri bədəninizin duz yığılmasının qarşısını alır.
Qırmızı pul bibər
Duz yerinə pul bibər istifadə edin. Qırmızı maddələr mübadiləsini sürətləndirir.
Alça
Tərkibində daha çox su olan alça susuzluq mövzusunda sizə dəstək ola bilər.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.