Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Oruc tutarkən baş ağrısına qarşı məsləhətlər

İyun 22
17:49 2015

Yastığınıza 1-2 damcı lavanda yağı damızdırın.

Qaymorit problemi yaşayırsınızsa və ya stresli bir işdə işləyirsinizsə, bununla yanaşı oruc tutmusunuzsa, ağrayan başınız sizi çətin vəziyyətdə qoya bilər. Ona görə də, sizə bəzi problemlərin qarşısını əvvəlcədən almağınızı tövsiyyə edirik.

“Sələf Xəbər” A24.az-a istinadən oruc tutarkən baş ağrısı problemi yaşanarsa, lazım gələn bir neçə tədbiri təqdim edir:

1. Baş ağrısının əsas səbəblərindən biri olan stress əzələləri sərtləşdirir və ağrı boyun ilə başlayıb baş ağrısına çevrilir. Bu zaman boynumuzu və çiyinlərimizi hərəkət etdirməliyik. Oturduğumuz kreslonun rahat olmasına da diqqət etməliyik.

2. Digər vasitə, yastığınıza 1-2 damcı lavanda yağı damızdıraraq yata bilərsiniz.

3. Limon aromaterapiyası da baş ağrısına yaxşı təsir edir. Bir parça limonu əlinizdə ovuşdurub üzünüzə və alnınıza sürtün.

4. Başınız ağrayan zaman bədəninizdə elə nöqtələr var ki, o hissələri masaj etməklə ağrının qarşısını ala bilərsiniz. Bu nöqtələr, baş barmağınızla şəhadət barmağınız arasında olan əlinizin üstündəki sahədir. Bu hissəni əlimizi yavaş basaraq, dairəvi şəkildə hərəkət etdirməklə masaj eləyə bilərsiniz.

5. Səbəbi qaymorit olan baş ağrısı zamanı insan işığa qarşı həssas olur. Ona görə də bu zaman qaranlıq otaqda dincəlməyə üstünlük verin.

6. İsti su bədəndəki əzələləri yumşaldır və boşaldır. Yox, əgər duş qəbul edə bilmirsinizsə, ayaqlarınızı isti suya qoya bilərsiniz.

7. Başınıza buz qoyaraq baş ağrınızı yüngülləşdirə bilərsiniz.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət – sağlamlıq bə boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 229 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 085 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 464 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 106 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 757 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 092 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 547 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 018 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 531 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN