Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Oruc tutmaq ömrü uzadır

İyun 22
16:09 2015

ABŞ-da elm adamlarının apardığı tədqiqat nəticəsində məlum olub ki, oruc tutmaq yaşlanma prosesini yavaşladır və ömrü uzadırmış.

“Sələf Xəbər”in Türkiyə mediasına istinadən məlumatına görə, ayda, hətta 5 gün ərzində gündəlik alınan kalorini yarıya qədər azaldan və digər 25 gün ərzində adi qaydada qidalanmağa davam edən şəxslərin orqanizmində kəskin dəyişikliklər müşahidə olunub. 5 gün oruc tutan şəxslər qida rasionuna tərəvəz şorbası və çobanyastığı çayı da əlavə ediblər. Həmin şəxslərdə immun sisteminin gücləndiyi və xərçəng kimi təhlükəli xəstəliyə tutulma riskinin azaldığı ortaya çıxıb.

“The Fasting Mimicking Diet” (Orucu Təqlid Pəhrizi) tətbiq edən şəxslər oruc tutmadıqları digər 25 gün ərzində pis bəslənmiş olsalar da, 5 günlük pəhrizin insanlara müsbət təsiri olduğu məlum olub.

Oruc tutan şəxslərin orqanlarında olan kök hüceyrələrinin yenilənməsi, immun sisteminin güclənməsi nəticəsində xərçəng və ürək çatışmazlığı kimi ölümcül xəstəliklərin qarşısının alındığı da müşahidə olunub.

Mütəxəsislər belə bir nəticəyə gəliblər ki, oruc tutmaq psixikanı möhkəmləndirir, insan ömrünü uzadır və yaşlanma prosesini ləngidir.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Uca Allah buyurur: “Adəmoğlunun bütün əməlləri özü üçündür. Oruc istisna olmaqla, o Mənim üçündür və onun da mükafatını Mən verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin. Məhəmmədin nəfsi Əlində olan Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur! Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşduqda orucuna görə sevindiyi gündür”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 645 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 990 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 497 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN