Oruckən daha az susamaq üçün…
1. 441 dəfə baxılıb
Ramazan ayının yay fəslinə təsadüf etdiyi zamanda isti günlərdə oruc tutan insanların daha tez susadığı məlumdur. Bəs oruc tutan insanlar orucluğu rahat keçirmək, daha az susamaq və bədəndəki su balansını qoruya bilmək üçün nə etməlidirlər?
“Sələf Xəbər” Türkiyə mediasına istinadən orucluqda susuzluqla mübarizə üçün bəzi faydalı tövsiyələri nəzərinizə çatdırır:
1. İftarda və sahurda həddindən çox çay və qəhvə içməyin. Hər iki içəcək idrarqovucu təsirə malik olduğundan bədəndəki suyu azaldır.
2. Duzlu yeməklərdən uzaq durun. Turşu, pendir, zeytun və konservləşdirilmiş yeyəcəklər qanın qatılığını çoxaldaraq susuzluq hissinin artmasına səbəb olur.
3. Yağlı yeməklərin də susuzluq və yanma hissini artırdığını nəzərə alaraq qovurma və qızartma kimi yeməkləri az istifadə etməniz məsləhətdir.
4. Susuzluq hissini yatırtmaq üçün həddindən çox soyuq içəcəklər içməyin. Çünki soyuq içkilər hərarətinizi kəsdiyi zaman bədənin lazım olan qədər maye almasına mane olur. Həm də isti yeməklə soyuq suyun eyni anda qəbulunun həzm prosesini çətinləşdirdiyi də məlumdur.
5. Tərkibində şəkər olan içkilərdən imtina edin. Limonad, meyvə şirələri, şərbətlər və qazlı içkilər əvvəl qan şəkərini yüksəldir, sonra isə azaldaraq daha çox yeməyinizə səbəb olur. Bu tip içkilər bədəndə həm də artıq kalori yaradır.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizlərdən biriniz iftar etdikdə bunu xurma ilə etsin, xurma tapmadıqda isə su ilə iftar etsin, çünki həqiqətən də su təmizləyir”. (Əbu Davud)