Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Oruckən daha az susamaq üçün…

İyun 20
17:11 2015

Ramazan ayının yay fəslinə təsadüf etdiyi zamanda isti günlərdə oruc tutan insanların daha tez susadığı məlumdur. Bəs oruc tutan insanlar orucluğu rahat keçirmək, daha az susamaq və bədəndəki su balansını qoruya bilmək üçün nə etməlidirlər?

“Sələf Xəbər” Türkiyə mediasına istinadən orucluqda susuzluqla mübarizə üçün bəzi faydalı tövsiyələri nəzərinizə çatdırır:

1. İftarda və sahurda həddindən çox çay və qəhvə içməyin. Hər iki içəcək idrarqovucu təsirə malik olduğundan bədəndəki suyu azaldır.

2. Duzlu yeməklərdən uzaq durun. Turşu, pendir, zeytun və konservləşdirilmiş yeyəcəklər qanın qatılığını çoxaldaraq susuzluq hissinin artmasına səbəb olur.

3. Yağlı yeməklərin də susuzluq və yanma hissini artırdığını nəzərə alaraq qovurma və qızartma kimi yeməkləri az istifadə etməniz məsləhətdir.

4. Susuzluq hissini yatırtmaq üçün həddindən çox soyuq içəcəklər içməyin. Çünki soyuq içkilər hərarətinizi kəsdiyi zaman bədənin lazım olan qədər maye almasına mane olur. Həm də isti yeməklə soyuq suyun eyni anda qəbulunun həzm prosesini çətinləşdirdiyi də məlumdur.

5. Tərkibində şəkər olan içkilərdən imtina edin. Limonad, meyvə şirələri, şərbətlər və qazlı içkilər əvvəl qan şəkərini yüksəldir, sonra isə azaldaraq daha çox yeməyinizə səbəb olur. Bu tip içkilər bədəndə həm də artıq kalori yaradır.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizlərdən biriniz iftar etdikdə bunu xurma ilə etsin, xurma tapmadıqda isə su ilə iftar etsin, çünki həqiqətən də su təmizləyir”. (Əbu Davud)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 936 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 574 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 041 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 582 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 207 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 612 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 402 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 955 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 461 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 935 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN