Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Övladınızın kompyuter asılılığı varmı?

Oktyabr 30
15:52 2015

Müasir kompyuter texnologiyaları azyaşlıların da həyatına daxil olub və onların zamanının böyük bir qismini zəbt edir.

Belə ki, uşaqların imtina edə bilməyəcəyi əyləncələrdən biri də kompyuter oyunlarıdır.
Əgər övladınız saatlarla kompyuter qarşısından durmursa, yemək yeməyi belə unudubsa, bu zaman onun həm fiziki, həm də psixoloji sağlamlığı üçün narahat olmağa başlamalısınız.

Bəs övladınızda kompyuter oyunları asılılığının olub-olmadığını necə öyrənə bilərsiniz?

“Sələf Xəbər” Milli.az-a istinadən bildirir ki, mütəxəssislər valideynlərə uşaqlarında kompyuter oyunları asılılığının olub-olmamasını öyrənmək üçün 10 suala cavab verməyi məsləhət görürlər:

1. Uşağın yuxu rejimi pozulubmu?
2. 4-5 kiloqram və ya daha artıq çəki itiribmi?
3. Özünü əks cinsə bənzətməyə çalışırmı?
4. Gözündə zəiflik, belində ağrılar varmı?
5. Maraqlı məşğuliyyətlərindən, sosial həyatından uzaqlaşıbmı?
6. Oyunlar bitdikdən sonra belə, oyun haqqında danışırmı?
7. Oyundakı obrazları təqlid edirmi?
8. Oyundakı obrazı daha yaxşı təqlid emək üçün saatlarla çalışırmı?
9. Oyundakı xarakteri həddindən artıq hömətli bir obraz kimi formalaşdırmağa çalışırmı?
10. Oyundan qaynaqlanan mənfi nəticələri rədd edirmi?
Əgər, bu suallara 1-3 ədəd “bəli” cavabınız varsa, övladınızın oyun oynaması hələlik problem deyil. Ona mane olmanızı şərtləndirən bir səbəb yoxdur. Sabitliyinin qorumasına yardımçı olun.
Əgər, 4-6 ədəd “bəli” cavabınız varsa, oyun oynamaq uşağınızda problem yaratmağa başlayıb. Kompyuterdə oyun oynamaqla bağlı qaydaları yeniden gözdən keçirin və övladınıza məhdudiyyət qoyun.
Əgər, 7 ədəd və daha artıq “bəli” cavabınız varsa, oyun oynamaq övladınız üçün böyük ehtimalla asılılıq halına gəlib. Bu zaman övladınızın psixoloji dəstəyə ehtiyacı var.

Sələf Xəbər: İbn Qayyim (Allah ona rəhmət etsin) buyurub: “Vaxtı israf etmək ölümdən daha betərdi. Çünki vaxtı israf etmək, insanı Allahdan və Axirət diyarından ayırır. Ölüm isə, insanı dünyadan və onun əhlindən ayırır”. (“əl-Fəuəid” kitabı)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 207 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 074 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 440 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 085 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 721 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 040 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 933 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 499 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 968 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 507 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN