Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Övladlarınızın sağlamlığı üçün duzu azaldın

Oktyabr 05
17:57 2015

Övladlarınızın sağlam böyüməsini istəyirsinizsə, onların qida rasionunda duzun miqdarını azaldın.

“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, Böyük Britaniyada tibb işçiləri apardıqları araşdırma zamanı məhz belə qənaətə gəliblər.

Tibb işçiləri uşaqların gün ərzində bir çay qaşığından da az duz qəbul etmələrini məsləhət görsələr də, araşdırmalar zamanı bunun tam əksi sübut olunub. 500 uşaq üzərində aparılan araşdırma nəticəsində uşaqların 70 faizinin normadan çox duz qəbul etdiyi məlum olub.

Tədqiqatlar göstərir ki, duzun artıq dərəcədə qəbul olunması gənc yaşda yüksək qan təzyiqi yaradır və bu yüksək qan təzyiqi də ürək xəstəliyi eləcə də infarkta səbəb ola bilir. Buna görə də son zamanlar qida istehsalçılarına uşaq qidalarında duz miqdarının azaldılması məsləhət görülür. Çünki 1 qram duz miqdarının azaldılması minlərlə uşağın həyatının xilas edilməsi deməkdir.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 883 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 536 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 992 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 547 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 173 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 568 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 369 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 929 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 423 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 907 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN