Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Özünü gizlədən xəstəlik – Hepatit

Sentyabr 03
19:43 2015

Son dövrlərdə hepatitə yoluxan şəxslərin sayı getdikcə artır.
“Sələf Xəbər” məlumat verir ki, Axar.az oxucuları bu xəstəliklə bağlı maarifləndirmək üçün hepotoloq Könül Mahmudova ilə söhbətləşib.

Könül Mahmudova hepatitin növlərindən və onun müalicə üsullarından danışıb.
– Televiziya proqramlarının birində hepatitin “daşıyıcı” adlı bir növünün olmadığını, ümumiyyətlə, “daşıyıcı xəstə” deyə bir anlayışın mövcud olmadığını demisiniz. Bu, çoxlarında sual doğurdu. Əgər şəxsin xəstəliyi aktiv və keçici deyilsə, onda xəstəliyin bu növü necə adlandırılmalıdır?
– Hepatit C-də “daşıyıcı” sözü yoxdur. Düzdür, virusun miqdarına görə Hepatit B-də “daşıyıcı” terminindən istifadə olunur, amma C-də qətiyyən yoxdur. Virusun miqdarı azdırsa, Hepatit B xəstəsinə daşıyıcı demək olar. C-də isə xəstə yoluxubsa, artıq Hepatit C xəstəsi sayılır. Sadəcə, C-nin aktiv və qeyri-aktiv formaları var. Qaraciyərdə birləşdirici toxumanın əmələ gəlməsi 5 ildən bir yaranır, ilkin müayinədə fibrozun olmadığını müəyyən etmək hələ 5 il sonra yaranmayacağına dəlalət etmir. Elə xəstə var ki, yoluxandan 5-6 il sonra qaraciyərinin vəziyyəti pisləşməyə başlayır. Adam da var ki, 20 ildir Hepatit C-dən əziyyət çəkir, amma bu, onun qaraciyərində ciddi bir fəsad törətmir. Yəni Hepatit C-nin xəstəyə təsirləri fərdidir.

– Passiv hepatitdə xəstənin müalicə alması mütləqdir? Yəni bədənə olan təsiri fərdidirsə, müalicəyə ehtiyacı olmayan passiv hepatit ola bilərmi?
– Hepatitli xəstələrin vəziyyətini öyrənən Avropa assosiasiyası mövcuddur ki, bu assosiasiyaya görə, əgər xəstə Hepatit C-yə tutulubsa, onun müalicəsi mütləqdir. Çünki assosiasiyanın fikrincə, bu xəstələrin vəziyyətini proqnozlaşdırmaq çətindir. Bu səbəbdən xəstənin dərhal müalicə alması tövsiyə olunur. Buna baxmayaraq, xatırladım ki, Avropada hepatitin müalicəsi sığorta şirkətlərinin öhdəliyindədir. Amma MDB ölkələri – Rusiya da daxil olmaqla, fibrozun birinci, ikinci mərhələləri müşahidə olunduqda gözləmək məsləhətdir. Lakin bu halda da xəstənin vəziyyəti nəzarətdə saxlanılmalıdır. Məhz burada Avropa və MDB ölkələri mütəxəssislərinin fikrində ayrılıqlar meydana gəlir.

– Bəs bizdə hansı təcrübə əsas götürülür?
– Belə deyək, bizdə müraciət edən xəstənin sosial durumu çox önəmlidir. Əgər gənc bir xəstə Hepatit C xəstəliyinə tutulubsa, bütün ailə əsəb keçirir, valideynlər və yaxınlar narahat olmağa başlayır. Ailə nə olursa-olsun öz övladını müalicə etməyə çalışır. Özünüz bilirsiniz ki, Hepatit C nə qədər ailələr dağıdır. Cahil insanlar xəstəliyin adını eşidən kimi çəkinirlər. Halbuki bu xəstəlik nə cinsi yolla keçir, nə də uşağa ötürülür.

– Deməli, ciddi bir fəsadı olmasa da, xəstələrə müalicə almağı tövsiyə edirsiniz…
– Müalicə alması məsləhətdir, çünki qaraciyər zədə almamış müalicə olunanda effekt daha yaxşı olur.

– Xəstəliyi müalicə ilə tamamilə aradan qaldırmaq mümkündür?
– Hepatit C-də virus müalicə alındığı təqdirdə – 95 faiz hallarda tamamilə sağalır.

– Müalicə nə qədər davam edir?
– Bu, əsasən virusun genindən asılı olaraq dəyişir. Sözügedən virusun 6 genotipi var. Ən pis müalicə olunan birinci və dördüncü genotiplərdir. Azərbaycan ərazisində ən çox birinci genotip müşahidə olunur. Müəyyən etdiyimiz xəstələrin, demək olar ki, 80 faizi birinci genotipdən əziyyət çəkir. Bu növ virusun müalicəsi 1 il davam edir – əgər qaraciyər sağlamdırsa. Yox əgər serrozlu qaraciyərdirsə, onun müalicəsi il yarıma qədər uzana bilər. Çünki sözügedən virusun orqanizmdən çıxması olduqca çətindir. Müasir müalicə üsulu ilə qaraciyər sağlamdırsa, müalicənin müddəti 3-6 ay arası dəyişir.

– Müalicə xəstəyə neçəyə başa gəlir?
– 3 aylıq müalicə kursu təxminən 4 min, maksimum 5 min AZN-ə başa gəlir.
Əgər qaraciyərdə problem yoxdursa…

– Yəni Hepatit C xəstəsi bir neçə aylıq müalicə ilə tamamilə bədəndən çıxarılır?
– Bəli, bizim sağalan xəstələrimiz çoxdur.

– Passiv xəstələrin heç bir şikayəti yoxdursa, qaraciyərin sağlamlığında hər hansı bir problem mövcud deyilsə, onun müalicəyə ehtiyacı varmı? Yəni xəstəliyin bu növü heç vaxt özünü büruzə verməyə bilərmi?
– Bu, elə bir xəstəlikdir ki, onu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Əgər qaraciyərdə problem yoxdursa, 2-3 il gözləmək olar. Amma belə olduğu halda mütəmadi müayinə şərtdir.

– Xəstəliyin yaşdan asılılığı necədir? Hansı yaşda müalicə daha çətindir?
– Xəstə cavandırsa, onda fəsadlar daha çox olacaq. Çünki cavan orqanizmdə metabolizm yaxşı gedir. Yaşlı orqanizmdə isə fəsadlar gec başlayır və 50-60 yaşlı xəstənin bədənində bu xəstəlik özünü elə gec göstərir ki, onu müalicə etməsəniz də olar.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Uca Allah qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 881 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 534 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 990 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 545 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 172 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 567 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 368 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 928 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 422 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 906 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN