Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Payızın faydalı meyvəsi – Əzgil

Noyabr 27
18:38 2015

Əzgil kimyəvi tərkibinə görə almaya bənzəyir. Bu çox faydalı meyvədir.

“Sələf Xəbər” Milli.Az istinadən xəbər verir ki, əzgilin tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.

Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kal əzgil ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə, qəbizlikdən azad edir. Əzgil pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Əzgili uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.

Əzgil, həmçinin qanda “pis” xolesterinin səviyyəsini aşağı salır və bunun nəticəsində damarları qoruyur, aterosklerozun inkişafını ləngidir. Ateroskleroz zamanı damarların divarlarında xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, onların elastikliyi pozulur. Bu proses ürək və beyin damarlarını da əhatə edir. Nəticədə insanda insult və infarktın riski artır.

Əzgil ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı çox faydalıdır – arterial təzyiqi tənzimləməyə kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanın laxtalanmasını artırır.

Əzgil sınanmış bəlğəmgətirici vasitədir. Bronxit, öskürək zamanı əzgilin lətini əzib balla qarışdırın və qəbul edin. Bu dadlı dərman nəfəsalmanı asanlaşdırır, nəfəs yolları təmizləyir, iltihabın azalmasına kömək edir.

Əzgil yarpaqları da çox təsirli müalicəvi vasitədir. Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Gün ərzində 1 stəkan belə dəmləmə içmək olar.

Əzgil yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı effekt verir. Bu dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır, ağızda iltihablarla mübarizə aparır.

Əzgil yarpaqlarının dəmləməsi müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema, dermatit, səpkilər vəs.) zamanı istifadə olunur. Körpələrin dərisində olan səpkiləri də bu dəmləmə yaxşı aparır. Uşağı çımizdirəndə vannaya əzgil yarpaqlarının dəmləməsini əlavə edin.

Əzgil üz dərisi üçün də çox xeyirlidir. Əzgilin ləti dərinin elastikliyini artırır, nəmləndirir, cavanlaşdırır.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 981 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 621 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 992 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 499 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN