Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

“Piylənmə epidemiyası” uşaqlar arasında sürətlə yayılır

Yanvar 29
17:49 2016

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildən-ilə bütün dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı artır.
ÜST xəbər verir ki, dünyada ən azı 41 milyon 5 yaşına qədər olan uşaqlarda artıq çəki və piylənmə var. 1990-cı ildən artıq çəkisi olan kiçik yaşlı uşaqların sayı 10 milyon artıb.
ÜST ekspertləri qeyd edir ki, uşaqlarda piylənmə çox ciddi sağlamlıq problemlərinə və psixoloji çətinliklərə səbəb olur.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, alimlərin müşahidələrinə görə, piylənmədən əziyyət çəkən uşaqlarda ürək-damar sistemi xəstəliklərinin əlamətləri artıq 8 yaşında inkişaf etməyə başlayır.
MedicalDayli xəbər verir ki, artıq çəkisi olan uşaqların 50%-i Asiyada, 25%-i isə Afrikada yaşayır.
ÜST-nin ekspertləri “piylənmə epidemiyası”na görə ciddi narahatçılıq bildirir və belə hesab edirlər ki, bu gələcəkdə böyük dünyəvi problemə çevriləcək.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 226 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 084 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 462 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 104 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 755 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 090 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 546 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 016 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 530 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN