Piylənmədən qoruyan meyvə
855 dəfə baxılıb
Kalorisi az olan ananas bədəndəki yağları yox etmək üçün ideal meyvədir.
“Sələf Xəbər” Sputnik.az-a istinadən məlumat verir ki, Türkiyəli dietoloq Pınar Kural, artıq piylərdən xilas olmağın ən asan üsulunu açıqlayıb. O, kalorisi az olan ananasın bədəndəki yağları yox etmək üçün ideal qida olduğunu deyib.
Ananasın böyük bir qismi sudur və kalorisi olduqca aşağıdır. Tərkibində dəmir, kalsium, kalium, maqnezium, A vitamini, B və C vitaminləri boldur. Ananas, dərini hamarlaşdırır, dırnaq və saçları gücləndirir, gözlərin görmə qabiliyyətini artırır.
Bu meyvə eyni zamanda xərçəng xəstəliyinin yaranmasına maneə olur. Ananas həzm prosesini qaydaya salmaqla bərabər, qəbzliyi də aradan götürür.
Bundan başqa ananas stressin aradan qaldırılması və immunitet sisteminin gücləndirilməsinə də köməkçi olur. Yüksək təzyiq və qandakı yağ nisbətini aşağı salır.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)