Plastik qablarda ərzaq saxlamaq təhlükəlidir
946 dəfə baxılıb
Plastik qablarda saxlanılan ərzaq məhsulları insan orqanizmi üçün təhlükəlidir.
Plastik materialların insan orqanizminə nə qədər ziyanlı olması barədə yeni araşdırma aparılıb.
Tərkibində plastik materiallar olan qablarda hormonlara bilavasitə təsir göstərən kimyəvi elementlər mövcuddur.
“Sələf Xəbər”in XəzərXəbər-ə istinadən məlumatına görə, Avropa alimləri tədqiqatlar əsasında bu fikrə gəliblər ki, həmin maddələr kassa çekləri, konserv bankaları və kosmetik əşyalarda da var. Həmin elementlər qidaya keçir və nəticədə orqanizmdə maddələr mübadiləsi yaradaraq artıq çəki və şəkər xəstəliyinə səbəb olur. Plastik qabların tərkibində Bisfenol A karbohidratı, virus və bakteriya əleyhinə istifadə olunan pestisit adlı zəhərli kimyəvi maddələr var.
Alimlər xəbərdarlıq edir ki, sintetik kimyəvi maddələr insan orqanizmində şəkər, piylənmə, sonsuzluq və xərçəngin müxtəlif növlərinin yaranmasında başlıca rol oynayır. Buna görə də qida məhsullarının mümkün qədər plastik qablarda deyil, şüşə qablarda saxlanılması tövsiyə edilir. Həmçinin diqqətə çatdırılır ki, qida məhsullarını plastik qabda qızdırmaq olmaz. Əks halda bütün zəhərli maddələr yeməyə keçə bilər.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.