Püstə ilə sağlamlığınızı qoruyun
950 dəfə baxılıb
Püstə çox faydalı və müalicəvi məhsuldur.
Onun tərkibində bir çox faydalı maddələr var – vitaminlər (B qrupu, E, C,PP, A), minerallar (mis, marqans, fosfor, selen, sink, kalium, maqnezium), əvəzolunmaz aminturşuları, polidoymamış yağ turşuları və s.
– Püstə sinir sistemi üçün çox faydalıdır – əqli fəaliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir. Əqli fəaliyyəti ilə məşğul olan insanlar mütləq püstəni öz rasionuna daxil etməlidir. Çinlilər püstəni “xoşbəxt qoz” adlandırırlar. Püstə həqiqətən əhval-ruhiyyəni yaxşılaşdırmaq qabiliyyətinə malikdir.
– Antioksidantlarla zəngin olan püstə orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, hüceyrələrin cavanlığını qoruyur. Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir.
– Püstə nəfəs yollarına müsbət təsir edir.
– Püstənin tərkibində olan bəzi nadir maddələr gözlərin sağlamlığını qoruyur.
– Püstə ürəyin və damarların sağlamlığını qoruyur, qanda xolesterinin səviyyəsini aşağı salır.
– E vitamini ilə zəngin olan püstə dərinin cavanlığı və sağlamlığı üçün çox faydalıdır.
– Qara ciyərin sağlamlığını qoruyub saxlamaq istəyirsinizsə, mütləq püstə yeyin.
Yalnız nəzərə almaq lazımdır ki, püstəni çox yemək olmaz. Gün ərzində 1 ovuc püstə orqanizmi bir çox faydalı maddələrlə təmin edəcək.
Püstə allergiyaya səbəb ola bilər. Uşaqlarda püstə çox ağır allergik reaksiyaların, hətta anafilaktik şokun inkşafına səbəb ola bilər.
(Atv.az)
Sələf Xəbər: Uca Allah buyurur: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)