Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Qalxanvari vəzini sağlam saxlamaq üçün sadə məsləhətlər

Sentyabr 10
20:51 2015

Qalxanvari vəzi orqanizmin, demək olar, bütün funksiyalarına təsir edir.

Məhz bu səbəbdən qalxanvari vəzdə pozulmalar yarandıqda orqanizmin bir çox orqan və sistemləri əziyyət çəkir.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, həkimlərin fikirinə görə, qalxanvari vəzi xəstəliklərinin qarşısını almaq çox da çətin deyil. Bunun üçün sadəcə həkimlərin çox sadə tövsiyələrinə əməl etmək lazımdır.

– Qalxanvari vəzinin xəstəliklərinin əsas səbəbi yodun çatışmazlığıdır. Bu problemi həll etmək üçün dünyanın bir çox ölkələrində yodlaşdırılmış duzdan istifadə olunur. Araşdırmalar nəticəsində məlum olub ki, yodlaşdırılmış duzdan istifadə edən ölkələrdə qalxanvari vəzi xəstəliklərinin sayı xeyli azalıb.
Bu səbəbdən dünya endokrinoloqların ilk tövsiyəsi – yodlaşdırılmış duzdan istifadə etməkdir.

Lakin onu da nəzərə almaq lazımdır ki, tireotiksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması), qalxanvari vəzi xərçəngi və bəzi digər xəstəliklər zamanı yodlaşdırılmış duzdan istifadə etmək olmaz.

– Qalxanvari vəzi gün şüalarının həddən artıq təsirini sevmir. Bu bizim əhalimiz üçün çox aktualdır. Alimlər çoxdan sübut ediblər ki, gün şüalarının həddən artıq təsiri orqanizmdə bir çox pozulmalara yol açır. Bu pozulmaların arasında qalxanvari vəzi xəstəlikləridir.
Bu səbəbdən “zaqar”dan süi-istifadə etmək çox təhlükəlidir. Bunu xüsusilə yaxın qohumlar arasında qalxanvari vəzi xəstəlikləri olan insanlar nəzərə almalıdır.

– Həkimlərin müşahidələrinə görə, siqaret çəkmək qalxanvari vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən siqaret çəkməkdən imtina qalxanvari vəzinin sağlamlığı üçün çox önəmlidir.

– Natamam qidalanma, balanslaşdırmamış pəhrizlər, aclıq nəticəsində orqanizmdə hipovitaminoz və avitaminoz (vitaminlərin və mineralların çatışmazlığı) inkişaf edir. Bu isə sağlamlıq üçün çox ziyanlıdır. Qalxanvari vəzinin normal fəaliyyəti üçün ona yoddan əlavə bir çox digər maddələr lazımdır – marqans, mis, sink, dəmir, kobalt və s. Bu maddələrin çatışmazlığı qalxanvari vəzinin sağlamlığına mənfi təsir edir.

İnsanın qidalanması çeşidli olmalıdır, qidalanmada bütün əsas qida məhsulları qrupları (meyvə-tərəvəz, ət və süd məhsulları, paxlalılar, bənli bitkilər, bitki yağları və s.) yer almalıdır. Yalnız bu halda insan öz orqanizmini onun normal fəaliyyəti üçün lazım olan bütün maddələrlə təmin edəcək.

– Güclü stress qalxanvari vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən həkimlər stress vəziyyətlərdən mümkün qədər uzaq olmaq, çox güclü, xroniki stress zamanı isə mütəxəssislərin köməyinə müraciət etmək tövsiyə edirlər.

– Tez-tez təkrarlanan infeksion və virus xəstəlikləri qalxanvari vəzinin sağlamlığı üçün çox ziyanlıdır. LOR orqanlarında (qulaq, burun, boğaz) olan xroniki iltihablar xüsusilə təhlükəlidir. Bu səbəbdən belə iltihabları vaxtında müalicə etmək çox vacibdir.
– Həkimlərin müşahidələrinə görə, artıq bədən çəkisi də qalxanvari vəzidə pozulmalara səbəb ola bilər.

– İmmun sisteminin daim möhkəmləndirilməsi bütün orqanların və o cümlədən, qalxanvari vəzinin sağlamlığı üçün olduqca vacibdir. Düzgün qidalanma, fiziki aktivlik, açıq havada gəzintilər, kifayət qədər yuxu və istirahət insanın immun sisteminin sağlamlığını təmin edən əsas amillərdəndir.

– Profilaktik müayinələr çox vacibdir. Bu müayinələr insanda olan pozulmaları ilkin mərhələlərdə aşkar etməyə imkan verir. Bu isə istənilən xəstəliyin daha tez və asan müalicə etməsini təmin edir.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 881 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 534 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 990 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 545 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 172 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 567 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 368 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 928 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 422 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 906 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN