Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Qan dövranınızı bu vasitələrlə yaxşılaşdırın

Yanvar 21
17:48 2016

Yaxşı qan dövranı insan sağlamlığında çox böyük rol oynayır. Qan bütün orqan və sistemləri oksigen və qidalı maddələrlə təmin edir.

Qan dövranı pozulduqda orqanizm “aclıqdan” və oksigen çatışmazlığından əziyyət çəkməyə başlayır. Bu isə müxtəlif pozulmaların inkişafına yol açır.

“Sələf Xəbər” Aile.lent.az-a istinadən təqdim etdiyi çox sadə məsləhətlərə əməl etməklə siz qan dövranınızı yaxşılaşdıra bilərsiniz.

– Ədviyyatlardan tez-tez istifadə edin.

Xüsusilə qara və qırmızı istiot, darçın, sarıkök, zəncəfil və həmçinin soğan, sarımsaq, kəklikotu və s. qan dövranını yaxşılaşdırır, mübadilə proseslərini sürətləndirir, antiseptik, antibakterial, virusəleyhinə, xərçəngəleyhinə təsir edir.

– Liftdən imtina edin, pilləkənlə qalxın.

Bu da çox təsirli vasitədir. Pilləkənlə qalxan insanın bədənində qan dövranı sürətlənir, ürək əzələsi məşq olunur. Həkimlərdə insanın fiziki formasını və ürəyin vəziyyətini yoxlamaq üçün xüsusi sadə test var – əgər siz dayanmadan 4-cü mərtəbəyə pilləkənlə qalxa bilirsinizsə, testin nəticəsi müsbət sayılır. Əks halda ürəyinizin vəziyyətini yoxlayın.

– Çox oturmayın.

İnsan uzun müddət ərzində oturanda onun qan dövranı kəskin pozulur. Oturaq işlə məşğulsunuzsa, tez-tez ayağa qalxın, gəzin, sadə hərəkətlər edin.

– Siqaret çəkməkdən imtina edin.

Bu pis vərdiş damarların güclü sıxılmasına səbəb olur ki, nəticədə qan dövranı pozulur. Bir faktı misal gətirək. Ətraflarda qan dövranının pozulması nəticəsində ağır qanqrenalarla (toxumaların çürüməsi) müşayiət olunan Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir.

– Kontrast duş qəbul edin.

Kontrast duş (soyuq və isti suyun növbələşməsi) qan dövranını yaxşılaşdırır, insanı gümrah edir.

– Qidalanmanızda çoxlu meyvə, tərəvəz, göyərti olmalıdır.

Bu məhsullar orqanizmi vacib maddələrlə təmin edir, qanın tərkibini yaxşılaşdırır.

– Kifayət qədər təmiz su için.

Müasir insanların əksəriyyəti kifayət miqdarda təmiz su içmir. Bu isə xroniki susuzlaşmaya səbəb olur. Susuzlaşma nəticəsində qan qatılaşır. Qatı qan orqanizmdə daha çətinliklə dövr edir.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN