Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Qara ciyəri qorumaq üçün sadə üsullar

Oktyabr 21
16:47 2015

İnsan orqanizmi unikal və çox davamlıdır. Həkimlər tez-tez təkrar edir ki, qocalığa kimi sağlamlığını qorumaq heç də çətin iş deyil.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, insan orqanizmi özü özünü bərpa etmək qabiliyyətinə malikdir.

Qara ciyər ən davamlı orqanlardan biridir. Lakin buna baxmayaraq ildən ilə qara ciyər xəstəliklərinin sayı artır. Əksər hallarda bunun səbəbi insanın öz sağlamlığına qarşı düzgün olmayan münasibətidir.

Qara ciyəri sağlam saxlamaq üçün bu sadə qaydalara əməl edin:
– Təbii, sağlam qidalara üstünlük verin. Müxtəlif fast-fud, souslar, ketçuplar, marqarin, çipsi, dükanlarda satılan və kimyəvi maddələrlə bol-bol doldurulmuş müxtəlif peçenyelər, vaflilər, pirojnaların və s. kimi qidaların daim qəbulu qara ciyərin sağlamlığına ciddi ziyan vurur. Məsələ burasındadır ki, bu qidaların tərkibində olan ziyanlı kimyəvi maddələr məhz qara ciyərdə zərərsizləşdirir. Nəticədə qara ciyər lazım olandan artıq yüklənir ki, bu da pozulmalara təkan verə bilər.

Sağlam qara ciyər üçün heç bir xüsusi pəhriz tələb olunmur. Adi qaydada qidalanmaq lazımdır. Qidalanmanızda ət, kərə və bitki yağları, meyvə-tərəvəz, yarmalar, yumurta, süd məhsulları olmalıdır. Bəzən eşitmək olur ki, yağlı qidalar qara ciyər üçün ziyanlıdır. Bəli, həddən artıq miqdarda qəbul olunduqda, yağlı qidalar tək qara ciyərə dəyil, bütün orqan və sistemlərə ziyan vurur. Lakin yağlardan tam imtina etmək də çox ziyanlıdır.

Daha az-az və daha tez-tez yeməyə çalışın. Artıq çəki yığmayın – bu qara ciyərin sağlamlığı üçün çox ziyanlıdır.
– Spirtli içkilər qara ciyərin əsas düşmənləridir. Spirtli içkilər qara ciyərə toksiki təsir edir, sadə dildə desək, qara ciyəri və həmçinin bütün orqanizmi zəhərləyir.

– İstənilən dərman preparatların qəbulu (xüsusilə bu uzun müddət ərzində baş verirsə) qara ciyərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən başınız və ya dişiniz ağrayanda, dərhal həb qəbul etməyə tələsməyin. Ağrıları təbii, dərmansız üsullarla da azaltmaq mümkündür.

Həkimlə məsləhətləşmədən heç bir dərman (hətta ziyansıs hesab etdiyimiz vitaminləri, tərkibində bitkilər olan preparatları və s.) qəbul etməyin. Yadınızda saxlayın – sağlam insana dərman tələb olunmur! Artıq bütün dünyada həkimlər belə nəticəyə qəlirlər ki, profilaktik məqsədi ilə qəbul olunan dərmanların bir çox hissəsi insanın sağlamlığına xeyirdən çox, ziyan vurur. Dərmanlar qara ciyərdə parçalanır və bu səbəbdən ilk növbədə bu halda məhz qara ciyər əziyyət çəkir.

Nəzərinizə çatdıraq ki, hətta otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
– Qara ciyər (bütün digər orqanlar kimi) hərəkət sevir. Hərəkət zamanı qan dövranı yaxşılaşır, mübadilə prosesləri sürətlənir. Bu isə orqanizmdə durğun proseslərin profilaktikasıdır. Belə proseslər isə bir çox pozulmaların inkişafına təkan verir.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatında misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 880 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 532 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 987 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 543 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 170 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 566 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 366 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 926 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 421 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 906 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN